Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsində “Shacman” markalı yük maşını yol kənarındakı karantin postuna çırpılıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İstinadlar Qafqazinfo