Bakıda mağazadan 93 855 manat dəyərində 35 ədəd telefon oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93 855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.

İstinadlar Report