Bu gün ölkə ərazisində müşahidə edilən küləkli hava şəraitinə görə Bakı şəhəri ərazisində 52 ədəd ağac və budaq qırılması faktı aşkarlanıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, Birliyin operativ qrupları tərəfindən ünvanlarda tədbirlər görülüb, qırılan ağaclar ərazidən uzaqlaşdırılıb.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraitinin noyabrın 6-sı səhər saatlarınadək davam edəcəyini açıqlayıb.

İstinadlar Report