Bu gün Bakıda Böyük Şor bulvarında külək uşaqların olduğu hava doldurulmuş attraksionu aşıraraq yola atıb.

Bununla bağlı APA məlumat yayıb.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 27-si saat 15:07-də Böyük Şor bulvarı ərazisindən uşaqların yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan şəxslər yerində tapılmayıb.

İstinadlar Qafqazinfo