Bakıda kişiyə qarşı zor tətbiq edilərək 11 min manatı əlindən alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Bağırova zor tətbiq edib 11 min manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Novruzzadə saxlanılıb.