Bakıda bıçaqlanma və intihar hadisəsi baş verib.

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1962-ci il təvəllüdlü Quliyev Zərbəli Məmmədhüseyin oğlu həyat yoldaşı, 1976-cı il təvəllüdlü Tatardinova Lyudmila Alekseyovnaya çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.

Daha sonra Z. Quliyev özünü kəndirlə asaraq intihar edib.

Hadisənin təfərrüatı Xəzər Rayon Prokurorluğunda araşdırılır.

İstinadlar Qafqazinfo