Bakıda “kirayə ev” adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.

Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. O ilkin ifadəsində hər gün 3 şəxsə, əsasən tələbələrə qarşı dələduzluq etdiyini etiraf edib. Araşdırmalar davam etdirilir.

İstinadlar Report