Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Akif Məcidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Bakının Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən kafelərin birində baş verib.

İttihama görə, Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini Zaur Nemətova bıçaqla xəsarət yetirib. Nəticədə Z.Nemətov xəstəxanaya aparılarkən ölüb.

İstinadlar Report