Bakıda kafedə qadın kişini bıçaqlayıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 4-də paytaxtın Nərimanov rayonu, R.Əliyev küçəsi 5 saylı ünvanda yerləşən “Kafe 21″də qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü İbrahimli Nigar Elçin qızı mübahisə zəminində 1990-cı il təvəllüdlü Hüseynli Şamil Zahir oğluna bıçaqla xəsarət yetirib.

İstinadlar Report