Bakıda itkin düşmüş şəxs kimi axtarılan iki qadının ölkəni tərk etdikləri müəyyən edilib.

Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin apardığı tədbirlərlə itkin düşmüş kimi axtarışda olan Risalə Zəkiyeva və Nəzrin Süleymanovanın ölkədə olmadıqları müəyyənləşib.

R. Zəkiyevanın 9 iyun, N.Süleymanovanın isə 11 iyun tarixində təyyarə ilə Türkiyəyə getdikləri dəqiqləşib.

İstinadlar Qafqazinfo