Bu gün gecə saatlarında intihara cəhd hadisəsi olub. 

Bir nəfər vətəndaş Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində binanın damına çıxaraq  intihara cəhd edib. 

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər. 

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin  xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-ci il təvəllüdlü C.A binanın damına çıxaraq  intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, binanın damından endirilib.

İstinadlar Qafqazinfo