Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident  törətməsi barədə məlumatlar yayılıb. 

Bununla bağlı DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən – Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar. 

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo