Bakıda İndoneziyanın müstəqilliyinin elan edilməsinin 77-ci ildönümü qeyd olunub.

Bu münasibətlə İndoneziyanın Bakıdakı səfirliyində tədbir keçirilib.

Mərasimdə bu ölkənin himninin səsləndirilməsi ilə bayrağı qaldırılıb.

İndoneziyanın müstəqilliyi uğrunda canlarından keçmiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin İndoneziya xalqının və dövlətinin çiçəklənməsi üçün dualar edilib.

Səfir Hildi Həmid bildirib ki, Müstəqillik Günü xalqın müxtəlifliyinin və birliyinin qorunub saxlanmasının xatırladılması kimi qəbul edilməlidir.

“İndoneziya xalqı üçün COVID-19 pandemiyası kimi mürəkkəb böhran dövrlərində birliyi qoruyub saxlamaq son dərəcə vacibdir”, – o, əlavə edib

Sıfir xatırladıb ki, bu il Azərbaycan və İndoneziya arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümüdür.

“Diplomatik münasibətlərin qurulmasından sonra iki dövlət arasında münasibətlər xalqlarımızın maraqlarına uyğun olaraq, qarşılıqlı hörmət, etimad və dostluq prinsipləri əsasında inkişaf edib. İki dövlət arasında həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxtərəfli platformalarda səmərəli əməkdaşlıq qurulub”, – səfir deyib.

Hildi Həmid hər ilin iyul ayında keçirilən ənənəvi oyunların qaliblərinə mükafatlar təqdim edib.

İstinadlar Report