Bakıda iki yaşlı körpə xəstəxanada ölüb.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) iyunun 13-ü saat 22:00 radələrində huşsuz vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.

Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən azyaşlı dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, instrumental müayinələr aparılıb və zəruri tibbi xidmətlər göstərilib.

İstinadlar Report