
Paytaxtın Sabunçu rayonunda iki sərnişin avtobusu toqquşub.
Zabrat qəsəbəsində 173 və 98 saylı marşrut avtobusların toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
Xəsarət alanların ikisinin vəziyyəti ağırdır. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdrıma aparılır.