Bakıda piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Vaz-21015” markalı maşınla “Kia” markalı avtomobil toqquşub. Bu zaman avtomobillərdən biri iki piyadaya dəyib, onlardan biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.

Maşında olan sərnişinlərdən birinin də xəsarət aldığı bildirilir.

İstinadlar Qafqazinfo