Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə keçirilən nəzarət tədbirləri çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən “Səhhət-M” MMC və “Ayxan İmplant Dent” MMC-yə məxsus klinikalarda ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması halları aşkarlanmış və təqdim olunmuş sənədlər əsasında çıxarılmış məhkəmə qərarları ilə həmin müəssisələr barəsində müvafiq inzibati tənbeh tədbirləri tətbiq edilmişdir.

İstinadlar Report