
İyulun 23-də Bakıda “Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası” (KOBSKA) İctimai Birliyinin təşkilatçılığı ilə “iFest” innovasiya və texnologiya festivalı keçiriləcək.
Məlumata görə, 1 000-dən çox ziyarətçinin qatılacağı festival çərçivəsində 30-a yaxın startapın sərgisi, investor görüşləri (“pitching”), “Startap Forum”un təqdimatı, panel müzakirələri, texnoloji şoular, maraqlı konsert proqramı baş tutacaq.