Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən şəxslərə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Dəyanət Qüdrətov ömürlük azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən şəxslər Azər Məmmədov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, İbrahim İbrahimov 19 il müddətinə azadlıqdan mərhum ediliblər. Zamində olan Rövşən İsmayılov 4 il 11 ay 28 gün, Babək İsgəndərov 3 il 11 ay 28 gün azadlıqdan mərhum ediliblər. Onların hər ikisi məhkəmə zalından həbs ediliblər.