
26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunub. Çıxışlar sakinlər və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb.
Hərbi orkestrlər aşağıdakı ünvanlarda çıxış edib: – Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı); Azneft dairəsindəki bayraq meydanında; Muzey Mərkəzi (bulvar fontanının qarşısı); Zabitlər parkında; Koroğlu parkında; Fəvvarələr meydanında.
Qeyd edək ki, bu gün hərbi orkestrlər paytaxtın müxtəlif yerlərində yürüş ediblər: – Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami kinoteatrı – Neftçilər prospekti – Azadlıq meydanı – AMAY ticarət mərkəzi;
Şəhidlər Xiyabanı – Alov qüllələri – İçərişəhər metrosu – Qala qapısı – Kukla teatrı – AzNeft dairəsi – Bəhram Gur heykəli; Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı; Zabitlər parkı – Milli Sirk – Heydər Əliyev sarayı – Səməd Vurğun küçəsi – Neftçilər prospekti; Nərimanov heykəli – Mərkəzi park – Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Milli Bank.
Foto və mətn: Mirzə Əlizadə