İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Tozlu hava şəraiti lokal xarakterlidir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib. Qeyd edilib ki, tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən, hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq  tozlu havanın yaxın 2 gun ərzində davam edəcəyi gözlənilir.

İstinadlar Qafqazinfo