Bakı şəhərinin Səbail rayonunda evdə yanğın olub, bir nəfər ölüb və bir nəfər xəsarət alıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 58 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 24 m² sahədə, bir otağının taxtadan ibarət tavanı 17 m² sahədə və dam örtüyünün taxta atmaları 48 m² sahədə, bitişik, ümumi sahəsi 8 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili 5 m² sahədə yanıb.
Yüksək temperaturdan evin digər otağının tavanı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.