Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli mansarda tipli evin 1-ci mərtəbəsinin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, partlayış dalğasının təsirindən evin plastikdən ibarət pəncərə çərçivələri qismən dağılıb.

Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

İstinadlar Qafqazinfo