
Bakının Sabunçu rayonunda evdə yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Bildirilib ki, hadisə nəticəsində birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.