Facebook sosial şəbəkəsində böyük qalmaqala səbəb ola biləcək məlumat paylaşılıb

Həmin məlumata görə, Bakının mərkəzi kitab mağazalarından birində qondarma “Talış-Muğan Respublikasının” ideoloqlarından biri olan və xüsusilə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Fəxrəddin Abbaszadənin dörd kitabı satışdadır.
“Bu ünsürün kimliyi və hansı qabdan yal yeməsi talışlara da, azərbaycanlılara da yaxşı məlumdur. Kitabın redaktoru isə erməni xislətli, hazırda Rusiya vətəndaşı olan və Şuşa vasitəsi ilə Ermənistandan yaımlanan TMV (Tolişə milliyə vindəsədo) –”Talış Milli Televiziyasının” aparıcısı, əslən lənkəranlı olan Zabil Madojdur. Kitablar İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Qarnik Asatryanın vasitəsilə Belorusda və İranda yaradılan, fəaliyyətini Azərbaycana qarşı yönəldən “Talış Milli Akademiyasının” nəşrləridir.
Kitablar nə Belarusda, nə Ermənistanda, nə də İranda deyil, Bakıda çap olunub”,-deyə Facebook-da həyəcan təbili çalınıb.