Bakıdakı otellərin birində 3 fahişə qadının əhatəsində ölən ərəb turistlə bağlı yeni təfərrüatlar məlum olub. Öncə qeyd edək ki, dünyasını dəyişən ərəb 1962-ci il təvəllüdlü, Küveyt vətəndaşı Məsfər Oman Əlbillahidir.

Səfirlikdən verilən məlumata görə ərəbin cənazəsinin öz ölkəsinə aparılması, ailəsinə təhvil verilməsi üçün tədbirlər görülür. Səfirlik əməkdaşı hadisənin digər təfərrüatları ilə bağlı xəbərsiz olduğunu bildirdi.

İlkin məlumatlara görə turist ürək çatışmamazlığından dünyasını dəyişib. Məlumata görə onun cinsi potensiyanı artıran həb qəbul etdiyi güman edilir. İstintaqın gedişi zamanı məlum olub ki, Küveyt vətəndaşı ölməzdən bir qədər əvvəl qaldığı hotel nömrəsinə yüngül həyat tərzi keçirən üç qadın gətirib. Kişi bu üç fahişənin gözü qarşısında ölüb. Qadınlar kişinin öldüyünü anladıqdan dərhal sonra hoteli tərk ediblər. Hotel işçiləri turistin öldüyünü biləndən dərhal sonra polisə məlumat veriblər. Kriminalistlər ölən şəxsin üstündə pul tapmayıblar. Ehtimal var ki, turistin pullarını dəvət etdiyi fahişələr oğurlayıb.
Ərəb turistin ölüm hadisəsində cinayət izi varmı?

Oxumağa dəyər:   Ələt-Astara yolunun pullu olacağı tarix açıqlandı

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbər Eldar Sultanov açıqlama verib:

“Ölən Küveyt vətəndaşının üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı cinayət işi başlanılıb”.

Qurum əməkdaşı hadisə yerində olan 3 qadınla bağlı da danışıb: “Qadınların şəxsiyyətinin müəyyən edilməsi, videogörüntülər və sairə bütün bunlar araşdırma predmeti olduğundan hələ ki, bu haqda mətbuata məlumat bildirilmir”.

Qeyd edək ki, son bir neçə ildə ölkəyə müxtəlif ərəb ölkələrindən turistlər axışır. Onların arasında bəziləri xoşagəlməz davranışlar nümayiş etdirir, yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə etdikləri zaman seks gücünü artıran həb qəbul edir və nəticədə bu cür ölüm hadisələri baş verir. Məsələn, 2016-cı ildə Bakının ən məşhur otellərinin birində ərəb turistin, 1953-cü il təvəllüdlü Əlmuhanna Məhəmməd Əli Aminin də cəsədi aşkar edilmişdi. Həmin hadisədə də cəsəddə zorakılıq əlamətlərinə rast gəlinməmişdi. 270 kiloqram çəkisi olan ərəbin ürək tutmasından ölməsi ehtimal edilirdi. Səbail RPİ-də ərəb turistin ölməsi ilə bağlı bir versiya da var idi: “Son zamanlar Bakıya ərəb turistlərinin axını müşahidə olunur. Lakin problem ondadır ki, burada bir çox ərəb kişiləri özlərini çox sərbəst aparır, həddindən çox spirtli içki qəbul edir və yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə edirlər. Bəlkə də ona görə turistin orqanizmi davam gətirməyib”.

Oxumağa dəyər:   Avtobus işləmədi, "Zirə"li futbolçular itələdi - Foto

2016-cı ildə paytaxt Bakıda qonaq olan digər ərəb, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Abdulla Xatın isə şəhərin mərkəzi küçəsində gəzişərkən qəfildən ürək tutmasından dünyasını dəyişmişdi.

İstinadlar musavat.com, sputnik.az