
Bakının Nəsimi rayonunda əcnəbi vətəndaşı olan piyadanı avtomobil vuraraq xəsarət yetirib.
Rayonun Azadlıq prospektində avtomobil yolu keçən Səudiyyə Ərəbistanından olan 1997-ci il təvəllüdlü Kihani Marvaş Muhammad oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.