Bakıda Həzi Aslanov metrostansiyasının qarşısında qətl hadisəsi törədilib.

Məlumata görə, 1976-cı il təvəllüdlü İlqar Qəribov keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Qəribova Raminəni çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

***

Baş Prokurorluq Bakıda törədilən qətllə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, paytaxtın Xətai rayonunu ərazisində  1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.

Amin Nəzərli


İstinadlar Qafqazinfo