Bu ilin yanvar ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 523,1 milyon manat olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4 % çoxdur.

Hesabat dövründə hüquqi şəxslər əhaliyə 510,8 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 97,6 %-ini təşkil edib.

İstinadlar Report