Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO

Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən gecə FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquz mərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Bina və mənzillər yanğından mühafizə olunub.
“Bunlar iki millət arasında ciddi fərqdir” – Ramiz Rövşən-Video

“Bu insanlarda bayquş xisləti var. Başqa cür deyə bilmirəm”.
Bu sözləri “Qafqazinfo”ya Xalq şairi Ramiz Rövşən bildirib.
O, son günlər Ağdərədə ermənilərin evləri kütləvi şəkildə yandırmasından bəhs edib:
“Bizim xalqın xislətində elə bir şey yoxdur. Bizim xalq öz yaşadığı evi yandırmaz. Məsələn, balası çörək yediyi stolu, üstündə balası yatan çarpayını yandırmaz, südünü balasına verdiyi inəyi öldürməz. Çünki, onlar hamısı bizim üçün ailənin üzvüdür. Bütün bunlar iki millət arasında ciddi fərqdir”-deyə Ramiz Rövşən qeyd edib.
Bakı Fərid Şəfiyevin Xankəndi ilə bağlı qalmaqallı fikirlərini təkzib etdi – Video

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ötən gün Azadlıq radiosuna müsahibə verib. O, müsahibəsində Qarabağdakı hazırki vəziyyətlə bağlı bəzi fikirlər irəli sürüb.
Fərid Şəfiyevin iddiaları ilə bağlı hakimiyyət mənbələrindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bütün bunlar Şəfiyevin şəxsi fikirləridir və Azərbaycan dövlətinin mövqeyini əks etdirmir.
“Əslində, görünən odur ki, Fərid Şəfiyevin bu fikirləri belə imperativ qaydada səsləndirməyə nə haqqı var, nə də səlahiyyəti. O, Qarabağ erməniləri ilə müzakirələrdə iştirak etmir, bu məsələ ilə məşğul olan hər hansı bir orqanda təmsil olunmur. Belə olan halda bütün bu deyilənlər cənab Şəfiyevin şəxsi fikrindən başqa bir şey ola bilməz”, – deyə mənbə əlavə edib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi də İdarə Heyətinin sədri Fərid Şəfiyevin müsahibəsi ilə bağlı açıqlama yayıb.
Məlumatda bildirilir ki, Ermənistanın bir neçə mətbuat orqanlarında Fərid Şəfiyevin müsahibələrindən birinə istinadən bəzi təhrif olunmuş məlumatlar verilib və bu məlumatlar eyni zamanda Azərbaycan mediasında da öz əksini tapıb:
“Həmin müsahibədə region, xüsusilə Ermənistanla Azərbaycan arasındakı vəziyyətə dair müzakirələr aparılıb və müzakirələr çərçivəsində müəyyən fikirlər, mülahizələr səsləndirilib. Qeyd etmək istəyirik ki, səsləndirilmiş bəzi fikirlər nəzəri xarakter daşıyır və Azərbaycan hökumətinin mövqeyini əks etdirmir. Ümumilikdə Azərbaycanın rəsmi mövqeyi ilə bağlı yalnız rəsmi məlumatlara istinad olunmalıdır. Bir daha vurğulamaq istəyirik ki, müsahibədən götürülərək yayılmış məlumatlar kontekstdən çıxarılıb və təhrif olunub”.
Ordumuzun antiterror tədbirlərindən yeni görüntüləri – Video

İctimai Televiziya Qarabağda aparılmış lokal xarakterli antiterror tədbirlərindən yeni görüntülər yayıb.
Görüntülər ilk döyüş günü lentə alınıb.
Sözügedən videonu təqdim edirik:
Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri təqdim etdi – Video

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.
Hərbi attaşelər ermənilərdən müsadirə edilmiş silah-sursata baxış keçiriblər.
Səfərdə general-leytenant Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri şəxsən təqdim edib.
Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır – Video

Sentyabrın 23-də saat 19:35 radələrində Ordumuzun texniki müşahidə vasitələri tərəfindən Ağdərə istiqamətində yaşayış evlərinin erməni sakinlər tərəfindən kütləvi şəkildə yandırılması qeydə alınıb.
Bu Müdafiə Nazirliyindən məlumat verilib.
Sözügedən görüntüləri təqdim edirik:
Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi – VİDEO

Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi
Qarabağdakı erməni sakinlərinə göndərilən yük Xankəndiyə çatıb və maşın geri dönüb – VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə göndərilən ərzaq yükü ünvana çatdırılıb və avtomobil karvanı geri dönüb.
Bu haqda FHN məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə yola salınıb.

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat – Video

Müdafiə Nazirliyi Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatla bağlı foto və video paylaşıb.
“Qafqazinfo” həmin foto və videonu təqdim edir:
Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyinin görüntülərini yayıb.
“Report” görüntüləri təqdim edir:
“Prezident bu gün üçün xalqı bir yumruğa çevirməyi bacardı” – Video

“Dünənə kimi Yevlaxa qədər torpaqlarımızı işğal edənlər bu gün Yevlaxa bizim ayağımıza gəlirlər”.
Bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı deyib.
Sənətkarın sözlərinə görə, Prezident İlham Əliyevin “heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz” sözü çox dəyərlidir və dünyaya böyük mesajdır: “Və bu sübut olundu. Əslində bütün dünya üstümüzə gəldi, amma dövlətin başçısı yalnız Azərbaycanın ərazi bütövlüyü təminatını alandan sonra, bütün erməni silahlı birləşmələrinin tərk-silah olmasından sonra, Azərbaycan ərazilərindən çıxarılandan sonra, Azərbaycanın Konstitusiyası əsasında qurulacaq sistemə tabe olduqları zaman savaşın dayanacağını dedi və belə də oldu”.
N. Mehdixanlı bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bu günün əldə olunması üçün Azərbaycan xalqını bir yumruğa çevirməyə bacardı: “Biz birinci savaşda uduzmuşduq, ona görə ki, bir-birimizə qarşı idik, bir-birimizin yanında deyildik. Biz 2020-ci ildə ona görə qalib gəldik ki, dövlətin başçısı, ailənin başçısı, yurdun-elin başçısı bu milləti bir hədəfə doğru birləşdirə bilmişdi”.
O, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib: “Heç bir zaman qurbansız qələbə olmur. Biz qurbanlar verməyi, övladlarımızın şəhid olmasını istəmirik, amma başqa bir yol yoxdur. Torpağına, Vətəninə, namusuna sahib çıxmaq istəyirsənsə, savaşacaqsan və bunun üçün lazım olanda sən qurban verməyi də bacaracaqsan, necə ki bu gün Azərbaycan xalqı öz oğullarını o torpağı qorumaq üçün göndərdi. Bu oğullar torpağı qanları ilə suladılar və canları ilə Azərbaycan dövlətinə, bayrağına yeni bir can verdilər. Başıdik, qürurlu, məğrur Azərbaycan!”
Hüseyn Məmmədsalahov
Video-Foto: Pərvin Zeynal
Millət vəkili erməniləri belə susdurdu – Video

“RT ARABİAN” kanalında Azərbaycan, Rusiya və Ermənistan ekspertlərinin iştirakı ilə Qarabağda baş verən hadisələrlə bağlı debat təşkil olunub.
Milli Məclisin deputatı Cavanşir Feyziyev debatda Qarabağ münaqişəsi ilə bağlı son 30 ildə baş vermiş və hazırda bölgədə gedən proseslərlə bağlı ərəb auditoriyasına geniş məlumat verib.
Debat zamanı Ermənistan təmsilçisinin söylədiyi yalanlar yerindəcə ifşa olunub. C.Feyziyev ermənistanlı ekspertin Qarabağ ərazisini “müstəqil Arsax Respublikası” kimi təqdim etmək cəhdinə mane olaraq bunun heç bir hüquqi əsası olmayan və heç kim tərəfindən tanınmayan qondarma cinayətkar qurum olduğunu tamaşaçıların diqqətinə çatdırıb.
Millət vəkili lokal xarakterli antiterror tədbirlərinin artıq başa çatdığını, qondarma qurumun ağ bayraq qaldırdığını və hazırda Qarabağda yaşayan erməni icmasının Azərbaycan cəmiyyətinə reintaqrasiyası ilə bağlı erməni icmasının nümayəndələri ilə görüşlər keçirildiyini bildirib.
C.Feyziyev ərazimizdə yaşayan erməniəsilli vətəndaşların bütün hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına Azərbaycan dövləti tərəfindən zəmanət verildiyini də vurğulayıb.
Azərbaycan hərbçisi erməni əsgərin həyatını xilas etdi – Video

Azərbaycan hərbçisinin daha bir humanist davranışı gündəm olub.
Hərbçimiz lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan erməni əsgərin həyatını xilas edib.
Belə ki, Kəlbəcər rayonunun Vəngli kəndində yaralı tapılan bu əsgər Ermənistan vətəndaşı Karen İsanyandır.
Karen Xankəndidə yaşayan Ermənistan vətəndaşıdır.
Daha ətraflı süjetdə:
BMT TŞ-nin Qarabağla bağlı müzakirələri başladı – Canlı – VİDEO

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr başlayıb.
Müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.
“Ermənistanın Baş nazirindən daha çox erməni ola bilməzsiniz” – Leyla Abdullayeva – VİDEO

“Ermənistanın Baş nazirindən daha çox erməni ola bilməzsiniz”.
Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France 24” telekanalının efirində aparıcının xalqların öz müqəddəratını təyin etmək hüquqları ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq bildirib.
L.Abdullayeva çıxışı zamanı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın da bu yaxınlarda Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu etiraf etməsini xatırladıb.
Abdullayeva eyni zamanda Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı dinc əhali və infrastrukturu hədəf almadığını, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirdiyini diqqətə çatdırıb.
Səfir, həmçinin bu gün Azərbaycanın Yevlax şəhərində Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyəti arasında baş tutan dialoq və burada müzakirə olunan mövzular barədə də məlumat verib.
Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib – VİDEO

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Belə ki, sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.
Hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.
Peşəkar hərbi həkimlərimiz tərəfindən erməniəsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.
Kəlbəcərdə mülki təyinatlı obyektdə sursat anbarı aşkar olundu – Video+Fotolar

Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.
Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.
Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.
Həmçinin baxın
Bakı Fərid Şəfiyevin Xankəndi ilə bağlı qalmaqallı fikirlərini təkzib etdi – Video
Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi – VİDEO
Qarabağdakı erməni sakinlərinə göndərilən yük Xankəndiyə çatıb və maşın geri dönüb – VİDEO
Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi – VİDEO
“Ermənistanın Baş nazirindən daha çox erməni ola bilməzsiniz” – Leyla Abdullayeva – VİDEO
Kəlbəcərdə mülki təyinatlı obyektdə sursat anbarı aşkar olundu – Video+Fotolar
Ermənilər mülki maşınları döyüş mövqelərinə yaxın ərazidə yerləşdirir – VİDEO
Antiterror tədbirlərindən qorxuya düşən erməni hərbçilər səngərlərdən qaçır – VİDEO
Ermənistan birləşmələrinə məxsus döyüş mövqeyi ehtiyat sursatla birlikdə zərərsizləşdirilib – VİDEO
Ərdoğan: “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək” – VİDEO
Müdafiə Nazirliyi Qarabağdakı antiterror tədbirləri ilə bağlı növbəti brifinq keçirib – VİDEO
Həmid Həmidov: “Azərbaycanın atdığı addım mülki şəxslərə yox, qeyri-qanuni rejimə qarşı yönəlib” – VİDEO
Azərbaycanın mülki infrastrukturunu hədəfə alan top qurğusu məhv edilib – VİDEO
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edilib – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla