AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Sədr: “Ermənistan işğal dövründə qəbiristanlıqları dağıdıb, məscidlərdən tövlə kimi istifadə edib”
  • Britaniya kəşfiyyatı: “Ukraynadakı uğursuzluqlara görə Rusiyanın bir sıra hərbçisi işdən çıxarılıb”
  • Bakının bu hissələrində su olmayacaq
  • Biləsuvar, Balakən və Şəmkirdə qaz olmayacaq
  • Meksikada yol qəzası olub, ölənlər və yaralananlar var
  • Bakıda məktəbdə şagird bıçaqlandı – Saxlanılan var
  • Bu gün NATO-nun Hərbi Komitəsinin iclası olacaq
  • Ukrayna BQ: “Rusiya ordusu təxribat və kəşfiyyat qruplarından isitifadə edir”
  • Muxtar Babayev türkiyəli həmkarı ilə görüşdü
  • Azərbaycanda ana olan qadın 1 həftə sonra öldü
  • Sədr: “Ermənistan işğal dövründə qəbiristanlıqları dağıdıb, məscidlərdən tövlə kimi istifadə edib”
  • Bakının bu hissələrində su olmayacaq
  • Biləsuvar, Balakən və Şəmkirdə qaz olmayacaq
  • Meksikada yol qəzası olub, ölənlər və yaralananlar var
  • Ukrayna BQ: “Rusiya ordusu təxribat və kəşfiyyat qruplarından isitifadə edir”
  • Muxtar Babayev türkiyəli həmkarı ilə görüşdü
  • Azərbaycanda ana olan qadın 1 həftə sonra öldü
  • İrəvanda etirazlar səngimir
  • “Poz-qazan” lotereyaları oğurlayan şəxs saxlanıldı
  • Türkiyə Finlandiya və İsveçin NATO-ya müraciəti ilə bağlı danışıqlar üçün şərtini irəli sürüb
  • Mirzoyan Ermənistan-Azərbaycan komissiyasının iclasının yaxın vaxtlarda olacağına ümid edir
  • Vitse-spiker: “Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb”
  • Türkiyə İraqın şımalında terrorçuları zərərsizləşdirib
  • Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketi bloklanıb
  • Fransa XİN: “Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir”
  • ABŞ-ın Ukraynadakı Səfirliyi Kiyevdə işini bərpa edib
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Bakıda dəmiryol keçidində qumbara aşkarlandı – Video
12/01/2022 12:09
Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video
19/05/2022 01:11
Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video
18/05/2022 20:09
“Anatolian Phoenix – 2022” təliminin ərazisinə baxış keçirilib – VİDEO
18/05/2022 17:27
Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO
18/05/2022 01:21
“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO
17/05/2022 11:10
Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video
16/05/2022 17:17
Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO
16/05/2022 17:10
Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO
16/05/2022 17:05
FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video
15/05/2022 11:42
İlham Əliyev Türkiyədə – Video+
14/05/2022 22:54
İlham Əliyev Ərdoğanla görüşdü – Video+
14/05/2022 19:35
DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video
14/05/2022 18:07
İlham Əliyevdən Türkiyədə vacib açıqlamalar – Video
14/05/2022 17:26
İlham Əliyev açılışda çıxış edir – Video+
14/05/2022 16:18
İlham Əliyev Türkiyədə – Canlı – VİDEO
14/05/2022 15:09
Metroda yanğın təlimi – Video+Foto
14/05/2022 12:06

Video xəbərlər

  • Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video
  • Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video
  • “Anatolian Phoenix – 2022” təliminin ərazisinə baxış keçirilib – VİDEO
  • Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO
  • “Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

19/05/2022
10:23 Sədr: “Ermənistan işğal dövründə qəbiristanlıqları dağıdıb, məscidlərdən tövlə kimi istifadə edib”
10:05 Britaniya kəşfiyyatı: “Ukraynadakı uğursuzluqlara görə Rusiyanın bir sıra hərbçisi işdən çıxarılıb”
10:00 Bakının bu hissələrində su olmayacaq
09:53 Biləsuvar, Balakən və Şəmkirdə qaz olmayacaq
09:50 Meksikada yol qəzası olub, ölənlər və yaralananlar var
09:44 Bakıda məktəbdə şagird bıçaqlandı – Saxlanılan var
09:35 Bu gün NATO-nun Hərbi Komitəsinin iclası olacaq
09:29 Ukrayna BQ: “Rusiya ordusu təxribat və kəşfiyyat qruplarından isitifadə edir”
09:27 Muxtar Babayev türkiyəli həmkarı ilə görüşdü
09:26 Azərbaycanda ana olan qadın 1 həftə sonra öldü
09:23 İrəvanda etirazlar səngimir
09:21 DİN Bəxtiyar Hacıyevə qoyulan “stop”u götürdü
09:02 “Poz-qazan” lotereyaları oğurlayan şəxs saxlanıldı
08:59 Türkiyə Finlandiya və İsveçin NATO-ya müraciəti ilə bağlı danışıqlar üçün şərtini irəli sürüb
08:11 Xorvatiya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olmaq niyyətindədir
07:53 Mirzoyan Ermənistan-Azərbaycan komissiyasının iclasının yaxın vaxtlarda olacağına ümid edir
07:32 Vitse-spiker: “Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb”
07:08 Taleh 4 ay əvvəl evləndiyi qızın atasını niyə öldürüb?
06:53 ABŞ-da universitet yaxınlığında atışma baş verib, 5 nəfər yaralanıb
06:16 Polis itkin düşən bu şəxsi axtarır – Foto
05:26 Türkiyə İraqın şımalında terrorçuları zərərsizləşdirib
04:33 Baydenin qızı koronavirusa yoluxub
04:12 Əfqanıstanda yüzlərlə insan naməlum infeksiyaya yoluxub
03:54 ABŞ Ukraynaya 215 milyon dollarlıq təcili ərzaq yardımı ayıracaq
03:48 Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketi bloklanıb
03:20 Moldovanın keçmiş prezidenti İqor Dodona qarşı cinayət işi açılıb
03:08 İran-Azərbaycan sərhəd körpüsü 6 aya hazır olacaq
02:56 Fransa XİN: “Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir”
02:03 “Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik” – Aİ rəsmisi
01:48 Antiazərbaycan mövqeyilə tanınan erməni kinoprodüser həbs edildi
01:32 ABŞ-ın Ukraynadakı Səfirliyi Kiyevdə işini bərpa edib
01:20 İranla sərhəddəki körpünün istifadəyə veriləcəyi vaxt açıqlandı
01:11 Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video
01:08 Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini azad edib
01:08 “Azəriqaz”ın vəzifəli şəxslərinin həbsi xəbərlərinə – Rəsmi cavab
00:39 Şahin Mustafayev Abdullahianla Anlaşma Memorandumunu müzakirə etdi – Foto
00:12 Şahin Mustafayev İranın Baş Qərargah rəisi ilə görüşdü – Foto
18/05/2022
23:29 Akar: “Öhdəmizə düşən vəzifə Türkiyə-Azərbaycan qardaşlığını daha da dərinləşdirməkdir”
23:12 Bakı metrosunda daha bir problem – Sərnişinlər düşürüldü
22:53 Yanacaqdoldurma məntəqəsində yük maşınları toqquşdu
22:38 Blinkenlə Çavuşoğlunun görüşü başlayıb
22:15 Canni De Byazi: “Bakıda Tanrı kimi yaşayıram”
22:15 Mustafa Şentop Cıdır düzündə – Foto
21:44 Quterreş Çavuşoğlu ilə Ukraynadakı vəziyyəti müzakirə edib
21:14 Azərbaycan nümayəndə heyəti İrana səfər etdi
20:48 Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi – İlham Əliyev
20:29 Hərbi qulluqçular məcburi icbari narkoloji müayinədən keçiriləcək
20:09 Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video
20:05 Qayınatasını öldürüb qaçan şəxs tutuldu
20:02 Medianın İnkişafı Agentliyi ATƏT-in tədbirində təmsil olundu
19:56 Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı əməli işin başlayacağına ümid edir
19:50 Metroda nasazlıq yarandı
19:48 “Şahlar Cəfərova dedim, bu cinayəti törətməmişəm, işgəncələr verdilər…” – İlkin Süleymanov
19:36 Qadınları cinsi istismara məruz qoyan şəxs həbs edildi
19:32 Zaxarova: “Rusiya üçtərəfli işçi qrupun işini yüksək qiymətləndirir”
19:20 Ukraynada hərbi vəziyyətin müddəti uzadılıb
19:09 İlham Əliyev bu nazirliyin səlahiyyətini artırdı
18:56 Avropa Komissiyası Ukraynanın müharibədən sonra bərpası planını təsdiqləyib
18:38 Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşdü
18:29 Moldovanın keçmiş prezidenti “Georgi lenti” taxdığına görə cərimələndi

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Bakıda dəmiryol keçidində qumbara aşkarlandı – Video

Multimedia 12/01/2022 12:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda dəmiryol keçidində qumbara aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində dəmiryol keçidində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş partlayış təhlükəli əşyanın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video

Multimedia 19/05/2022 01:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın “Tək Vətən Hərəkatı”nın qazilərini qəbul edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qəbulda Milli Müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu da iştirak edib.

“Biz iki dövlət, bir millətik. Biz buna ürəkdən inanırıq”, – deyə Akar bildirib. 

Azərbaycan Ordusunun “Tək Vətən əməliyyatı” ilə işğal altındakı torpaqlarını xilas etdiyini xatırladan Akar, “Azərbaycan ordusu əməliyyatı böyük uğurla həyata keçirdi. Biz buna sevinirik”. deyib.

Əməliyyat zamanı şəhid olanlara Allahdan rəhmət, qazilərə şəfa diləyən nazir “Bizim vəzifəmiz Türkiyə və Azərbaycan qardaşlığını daha da dərinləşdirməkdir. Beləliklə, biz gələcəyə güc və inamla baxa bilərik” söyləyib. 

Azərbaycan qaziləri adından edilən çıxışda Türkiyə Silahlı Qüvvələrinə təşəkkür edilib. Azərbaycanlı qazilər Qarabağda dalğalandırdıqları Azərbaycan bayrağını Hulusi Akara hədiyyə ediblər.










İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video

Multimedia 18/05/2022 20:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Avstraliyanın baş naziri Skott Morrison uşaq komandası ilə futbol oynayarkən gözlənilməz vəziyyətlə üzləşib.

Morrison uşaqlardan birinin üstünə yıxılıb. Gənc futbolçuların əlindən topu almaq istəyən baş nazir irəli atılarkən “7” nömrəli köynəkdə olan oğlana dəyir və hər ikisi yerə yıxılır.

Morrison cəld oğlanı yuxarı qaldıraraq onun vəziyyətinin yaxşı olmasını yoxlayıb. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Anatolian Phoenix – 2022” təliminin ərazisinə baxış keçirilib – VİDEO

Multimedia 18/05/2022 17:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Anatolian Phoenix – 2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edən müxtəlif ölkələrin nümayəndələri uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçulara təlimin keçirilmə qaydaları, təhlükəsizlik və təşkilatı məsələlərlə bağlı digər mövzularda təlimat verilib.

Həmçinin, ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar icra edilib.

Uçuş zamanı helikopterlərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi yoxlanılıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO

Multimedia 18/05/2022 01:21
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

Söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ərazisində baş vermiş hadisədən gedir.

Ağır cinayət Atatürk prospektində yerləşən beşmərtəbəli binanın sakinlərinin  ”102″ xidmətinə məlumat verməsindən sonra açılıb.

Hadisə yerində ekspertlər araşdırma aparıblar və istintaq hərəkətləri zamanı 35 yaşlı Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər aşkar olunub. Meyit 14 gün mənzildə qaldığından hətta çürüməyə məruz qalıb.

Qonşuların sözlərinə görə, Şamil Əliyev bir neçə ildir ki, həmin ünvanda tək yaşayırmış.

Mərhumun qardaşı Murad Əliyev deyib ki, qardaşının yaşadığı mənzil ata evi olub. Qardaşlar arasında ailədaxili məsələyə görə münasibətləri soyuq imiş.

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlininin Bakı şəhər sakini 33 yaşlı Emil Ağayev tərəfindən aprelin 23-də törədilməsinə əsaslı şübhələr müəyyən edilib və adıçəkilən şəxs cinayətdən 25 gün sonra saxlanıb.

Oxumağa dəyər:   Gecə 4-də polisə zəng etməsi ona baha başa gəldi

Murad Əliyev deyib ki, ilkin məlumata görə, hadisəni törədən şəxslə qardaşı dost olub. Hətta bir həftə imiş ki, Emil Ağayev Şamil Əliyevin evində qalırmış.

Ərazidə çəkiliş aparılan zaman rayon prokurorluğunun əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Emil Ağayevi istintaq hərəkətləri aparmaq üçün həmin əraziyə gətiriblər. O, cinayəti törətdikdən sonra hansı istiqamətdə qaçdığını və digər əməlləri barədə müstəntiqə məlumat verib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda onun barəsində ”qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO

Multimedia 17/05/2022 11:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı Türkiyədə ixtisaslaşmış allerqoloq dr. Gülnar Quliyevadır. Müsahibimiz allergik xəstəliklərdən biri – bronxial astma haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış: Peşəkar allerqoloq Gülnar Quliyeva 2008-ci ildən həkim kimi fəaliyyət göstərir. 2018-ci ildə Türkiyə Respublikasının Ankara Universitetində allergiya və immunologiya, eləcə də ağciyər xəstəlikləri bölməsində ixtisaslaşma kursu keçib. Allergiya və ağciyər xəstəlikləri ilə bağlı bir çox yerli və beynəlxalq konfranslarda iştirak edib. O, Avropa Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin (EAACİ) üzvüdür. Allerqoloq Gülnar Quliyeva uşaqlarda və böyüklərdə allergik rinit, bronxial astma, dərman-qida-böcək allergiyası, kəskin və xroniki övrə xəstəliyi, atopik dermatit və ixtisası üzrə digər xəstəlikləri beynəlxalq protokollar əsasında peşəkarlıqla müalicə edir. Həmçinin dəri testi ilə allergiyanın 15 dəqiqəyə təyini və tənəffüs testi (spirometriya) kimi prosedurları da icra edir.

– Bronxial astma nədir və hansı səbəblərdən yaranır?

– Bronxial astma genetik yolla nəsildən-nəsilə ötürülən və müxtəlif xarici faktorların təsiri altında ortaya çıxan xroniki, allergik xəstəlikdir.  

– Hansı yaş qruplarında daha sıx rast gəlinir?

– Bu xəstəliyin yaşı yoxdur. Bronxial astma istənilən yaşda üzə çıxa bilər. Lakin böyüklərə nisbətən uşaqlarda iki dəfə daha çox rast gəlinir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də allergik xəstəliklər sürətlə artmaqdadır. Bu insanların həyat tərzinin dəyişməsi, “fast food” qidalarının artması, hava çirkliliyi kimi genlərə təsir edən halların çoxalması ilə bağlıdır. Astmanın üzə çıxmasında xarici faktorların mühüm rolu var.

– Bunlar hansı faktorlardır?

– Bura erkən uşaqlıq dövründə ardıcıl keçirilən infeksiyalar, antibiotik və ağrıkəsici dərmanların uzunmüddətli qəbulu, stres faktoru, hava çirkliliyi, siqaret də daxil olmaqla digər zərərli vərdişlər, hərəkətsizlik, piylənmə, kimyəvi məhsulların həyatımıza çox daxil olması kimi səbəblər daxildir.

– Yəni genetikasında bu xəstəlik olmayan şəxsdə heç vaxt bronxial astma yarana bilməz?

– Astma xəstəliyi irsi meyilliyi olan insanlarda daha çox rast gəlinir. Valideynlərdən biri allergikdirsə, üç uşaqdan birində, hər iki valideyndə allergiya varsa, üç uşaqdan ikisində yarana bilər. Daha çox genetika ilə bağlı olduğundan genetik xəstəlik sayılır. Lakin bu o demək deyil ki, genetikasında bronxial astma olmayan şəxsdə bu xəstəlik heç vaxt yarana bilməz. Digər insanlarda da xarici faktorların təsiri ilə üzə çıxması mümkündür. Məsələn, tənəffüs yollarının kimyəvi maddə və tozlara, buxarlara məruz qalması, siqaret çəkmək, keçirilən infeksiyalar tənəffüs yollarının ifrat  həssaslığına və nəticədə astma xəstəliyinin yaranmasına səbəb ola bilər.

Oxumağa dəyər:   "Balık ekmek" festivalı keçirilir - Fotolar

– Öskürək müxtəlif səbəblərdən yarana bilər. Astma öskürəyinin hansı fərqi var?

– Bronxial astmanın əsas əlamətlərindən biri öskürəkdir. Bəzi pasiyentlərdə əsas simptom boğulma, astma tutması deyil, sırf öskürəkdir. Buna öskürək variantlı bronxial astma deyirik. Bəzən xəstə aylarla öskürəkdən əziyyət çəkir, amma astma olduğunu bilmir. Uzun müddət antibiotik, bitki tərkibli çaylar içir, lakin öskürəyi allergik mənşəli olduğundan nəticə vermir. Bizə qalaq-qalaq reseptlərlə müraciət edən pasiyentlər olur. Aldıqları müalicə yanlış olduğundan illərlə sağala bilməyiblər.

– Astma öskürəyinin hansı əlamətləri olur?

– Astma öskürəyi quru öskürəkdir. Ya bəlğəm olmur, ya da öskürək tutmasının sonunda xəstə qatı, yapışqan şəkilli bəlğəm ifraz edir. Öskürək daha çox gecə saatlarında və ya səhərə yaxın yaranır, xəstəni yuxudan oyadır. Parfüm, sprey, tozun təsiri ilə daha da şiddətlənir. Astmalı insanlar qrip, zökəm, soyuqdəyməni daha ağır keçirirlər. Çünki tənəffüs yollarında onsuz da allergiyadan yaranmış bir iltihab var. Virusa yoluxduğunuz zaman iki qat zədələnmə baş verir. Odur ki, sağalma müddəti uzun çəkir. Astma öskürəyinin bir xüsusiyyəti də fiziki aktivlik zamanı ağırlaşmasıdır. Məsələn, pilləkənləri çıxanda, qaçanda, güləndə, ağlayanda öskürək daha da kəskinləşir. Çünki sakit vaxtlarımızda nəfəs aldığımız zaman hava rütubətlənərək burun yollarından ağciyərimizə keçir. Ancaq fiziki aktivlik zamanı tez-tez nəfəs almalı oluruq. Bu halda tənəffüs yolları quruyur və əgər allergik fon da varsa, öskürək şiddətlənir. Unutmayaq ki, astmanı yalnız və yalnız allergiya əleyhinə dərmanlarla sağaltmaq olur. Digər dərmanların, o cümlədən antibiotiklərin, öskürək əleyhinə dərmanların, bəlğəmgətirici, bitki tərkibli siropların heç bir effekti olmur, əksinə, xəstəliyi daha da ağırlaşdırır.

Oxumağa dəyər:   "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının zona birinciliyi keçirildi - Fotolar

– Bəzən valideynlər övladının astma olduğunu bilmir, özbaşına aptekdən öskürək əleyhinə dərmanlar alırlar. Bunun hansı fəsadları var?

– Heç bir effekti olmur, əksinə, xəstəliyi daha da ağırlaşdırır. Astma xəstəliyi zamanı immun sistemi hava ilə tənəffüs yollarına daxil olan ev tozu, kif göbələyi, bitki tozcuqları və s. maddələrə qarşı savaş açır və nəticədə bronxların selikli qışası allergiyadan iltihablanır, ödəm yaranır. Beləcə tənəffüs yolları daralır. Bu cür xəstələr həkim göstərişi olmadan bəlğəmgətirici, bitki tərkibli dərmanlar qəbul etdikdə bəlğəm ifrazı artır. Təsəvvür edin, dar bronx və bol bəlğəm. Bu vəziyyəti daha da ağırlaşdırır. Hətta bəzən boğulma və astma tutmasına da səbəb olur. Odur ki, əgər uşaqda 8 həftədən çox davam edən öskürək varsa, qrip, soyuqdəymə zamanı sinədə xırıltı, xışıltı yaranırsa, hərəkət edəndə öskürəyi artır və tez yorulursa, allerqoloqa müraciət etmək lazımdır. Adətən, belə pasiyentlərimizdə yanaşı allergik rinit xəstəliyinə xas əlamətlər də olur. Məsələn, burunla tənəffüsün pozulması, xüsusilə səhər oyandıqda asqırma, burundan selik ifrazı, burunda, gözdə qaşınma və s.

– Bronxial astmanın müalicəsi haqqında məlumat verərdiniz.

– Astma düzgün müalicə ilə çox asanlıqla nəzarət altına alınan xəstəlikdir. Yəni müasir dərmanların köməyi ilə bronxial astma olan bir xəstə tam sağlam insan kimi yaşaya bilər. Ağırlaşmış vəziyyətdə müraciət etmiş, bu gün isə tam sağlam halda həyatına davam edən çoxsaylı pasiyentlərim var. Nə öskürürlər, nə də təngnəfəslik və boğulma baş verir.

– Yəni astma tam sağalır… Bəs sağalmış şəxsdə yenidən təkrarlana bilərmi?

– Təəssüf ki, bəli. Bu, allergiyaya bağlı xəstəlikdir, allergiya isə orqanizmin genetik xüsusiyyətidir. Hələ ki müasir tibbdə allergiyanı genetik səviyyədə aradan qaldırmaq mümkün deyil. Odur ki, astmanın birdəfəlik, bir kursluq müalicəsi yoxdur. Bu xəstəliyin kəskinləşmə və remissiya, yəni sakitləşmə dövrü var. Biz beynəlxalq protokollar, düzgün müalicə ilə pasiyenti sağalda, uzunmüddətli remissiya əldə edə bilirik. Lakin əgər həyat tərzinə diqqət etməz, allergik təsirlərə uzun müddət məruz qalarsa, yenidən astma aktivləşə bilər. Əksinə, həkimin tövsiyələrinə əməl edərsə, bu xəstəlik təkrarlanmaya bilər. Hazırda etdiyim müalicə ilə astmadan sağalmış və 10-12 ildir heç bir şikayəti olmadan yaşayan pasiyentlərim var.

Oxumağa dəyər:   AZAL 76 milyon manat zərər etdiyini açıqladı

– Uşaqlarda sağalma prosesi fərqlidirmi?

– Bəli. Böyüklərə nisbətən azyaşlılarda daha çox effekt almaq olur. Məsələn, astmalı uşaqlar düzgün müalicə olunarsa, 90 faizi yetkinlik yaşına qədər sağala bilər.

– Astmadan sağalmış insan bu xəstəliyin təkrarlanmaması üçün nəyə diqqət etməlidir?

– Sağlam həyat tərzinə diqqət etməli, bədən çəkisinin normada olmasına çalışmalı, stresdən uzaqda durmalı, siqaret çəkməməli, hər hansı yanaşı xəstəliyi varsa, həmin xəstəliyə görə müalicə almalı, özünü allergen maddələrdən qorumalıdır. Çünki stres, təşviş və sinir sisteminin pozulması kimi hallar astmanın yenidən yaranmasına səbəb ola bilər. Əgər kimsə peşəsi ilə bağlı kimyəvi məhlullara məruz qalır, yaxud da tozlu bir məkanda çalışırsa, qoruyucu maskalardan istifadə etməli, otağın havasını tez-tez dəyişməli, özünü maksimum qorumağa çalışmalıdır. Yüngül bronxial astmalı xəstələr altı, orta ağırlıqlı olanlar üç aydan bir həkim müayinəsindən keçməlidir. Ağır astma xəstələri isə ayda bir dəfə qəbulumuzda olmalıdır. Xəstəliyin dərəcəsinə uyğun dərman növü və doza təyin edirik. Pasiyent həkim nəzarətində olmalıdır ki, doğru müalicə taktikasını seçək. Çünki yalnız düzgün müalicə və nizamlı həkim nəzarəti ilə bronxial astma xəstələri sağala bilir.

Qeyd: Dr. Gülnar Quliyeva peşəkar allerqoloq, astma və allergiya həkimi, ixtisası üzrə yüksək dərəcəli mütəxəssisdir. Maraqlananlar həkimlə 055-609-25-59 mobil nömrəsi vasitəsilə və “allerqoloq.gulnar.quliyeva” instaqram hesabı ilə əlaqə saxlaya bilərlər.










İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video

Multimedia 16/05/2022 17:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Zəngilan rayonu ərazisində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılır.Rayonun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində kəndin elektrik enerjisi ilə təminatı üçün 35 kV-luq müasir hava veriliş xətti çəkilir. 

Həyata keçirilən digər böyük layihə isə Zəngilanda tikintisi davam edən beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz edilməsidir. Hava limanına ikidövrəli, 35 kV-luq, tam izoliyasiyalı elektrik xətti çəkilir. 

Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin mühafizə zonası (3-6 metr) mövcud xətlərə (30-40 metr) nisbətən 6-10 dəfəyə qədər azdır. 35 kV-luq mövcud naqillərdə texniki itkilər 9-12% olduğu halda, müasir tipli izolyasiya olunmuş kabellərdə 3,5-4% təşkil edir. Şəbəkələrin saxlanma xərcləri 100%-dan 30%-a, illik mal-material sərfi 100%-dan 25%-a endirilir, xidmət müddəti 2 dəfə azalır. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil xətlərilə müqayisədə 60%-dək azdır. Planlı açılmalar (şəbəkələrə xidmət, təmir, profilaktik baxış və s.) müddəti mövcud xətlərə nisbətən 75% azdır.  Yüksək gərginlik xətlərinin bilavasitə altında və yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, ümumilikdə, sakinlərin yaşayış və fəaliyyət təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik veriliş xətlərinə təsiri aradan qaldırılır.

Oxumağa dəyər:   Fikrət Əmirovun nəvəsi işə gedərkən öldü

Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlıq, etibarlıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir.

Eyni zamanda, bu növ kabel xətlərinin istənilən mühitdə: yeraltı, sualtı və hava ilə çəkilişi mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan 35/0,4 kV-luq innovativ paylayıcı şəbəkələrin istismarını asanlaşdırmaqla yanaşı, dayanıqlı işini də tam təmin edəcək.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO

Multimedia 16/05/2022 17:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Masallıda toyda Rəşad Dağlı “sənəti naqruskadadı” qafiyəsində meyxana deyərkən belə bir misra istifadə etdi: “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı”. Bu gün isə Rəşad Dağlının üzr videosu yayıldı.

O, videoda deyir ki, qafiyənin uyğunsuzluğu, tələskənlikdən fikrini düzgün ifadə edə bilməyib. Bu da dindarların qəzəbinə tuş gəlib.

Doğrusu, dindarlar həmin qəzəbi harada ifadə ediblər, ondan xəbərim yoxdur, ola bilsin ki, birbaşa Rəşadın özü ilə danışıblar.

Narahatlıq doğuran məqam isə başqadır.

Bu öz yerində ki, qafqazlıların üzr istəmək problemi var, o cümlədən də bizim ölkə vətəndaşlarının. Bəzən üzrlə bitəcək xırda bir məsələ şişirdilir, ölümlə nəticələnir. Hər addımımızla kiminsə haqqına girdiyimiz bu dünyada üzr istəməkdən gözəl nə var ki? 

Lakin bir sənət adamının – Azərbaycanın ən tanınmış şəxslərindən olan Rəşad Dağlının qəribə səbəblə üzr istəməsi narahatlıq doğurur.

Axı Rəşad həmin cümlədə dinə aid zarafat, tənqid, təhqir etməyib!

Oradakı zarafat şəxslərlə bağlıdır, həm də zarafat öldürücü, təhqiramiz deyil. Bir tanınmış azərbaycanlı müasir İran ilahiyyatçı-siyasətçisi haqqında dediyi yüngül zarafata görə niyə xalq qarşısına çıxarılıb üzr istədilir? Axı burada nə din, nə peyğəmbər, nə ölkəmizdə həssas mövzulardan olan əhli-beytə nəsə deyilir!

Oxumağa dəyər:   AZAL 76 milyon manat zərər etdiyini açıqladı

Niyə qonşu ölkənin keçmiş Prezidenti, müasir ilahiyyatçıları haqqında xırda zarafat edən sənət adamımız kütlə qabağında sındırlır?

Ona üzr istədənlər kimlərdir?

Həmin bənd deyiləndə, demək olar ki, toydakıların hamısı bu bəndə gülür, alqışlayırlar. Bəs, Rəşad Dağlının nəzərdə tutduğu “mömin qardaşlar” kimlərdir?

Seyyid Əzim Şirvanini məsciddə tapdalayıb öldürənlər hələdəmi yaşayırlar, sağdırlar?

Axı Azərbaycan şəriət qaydaları ilə idarə olunan bir ölkə deyil ki, onun sənət adamı da qonşu ölkənin ayətullahı haqqındakı xırda zarafatına görə üzr istədilsin…

Təbii, Xomeyni, Behcət sanballı şəxsiyyətlərdəndir. Ancaq onları İranda belə tənqid edənlər var. O da qaldı sekulyar ölkə olan Azərbaycanda. Ümumiyyətlə, o adamların həyat tərzi ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, nə qədər mütəvazi şəxslər olublar və əmin olun ki, dəfələrlə bu cür müdafiə olunduqları üçün narahatlıq ediblər. Tənqidə açıq olublar.

Sekulyar ölkə olan Azərbaycanda bu gün Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir tənqid olunursa, onları tənqid edənləri kimsə üzrə məcbur etmirsə, niyə qonşu İslam ölkəsinin analoji şəxsiyyətləri haqqında deyilən xırda zarafatın bədəli üzr videosu olmalıdır?

Oxumağa dəyər:   Gecə 4-də polisə zəng etməsi ona baha başa gəldi

Belə olduğu halda xurafatı şişirdib gözümüzə soxanlar kimlərdir?

Niyə günü-gündən biz xurafat ölkəsinə çevrilirik?

Niyə dinin gözəl simasından pay almırıq, ancaq şişirdilmiş qadağaları yavaş-yavaş Azərbaycanın bağrına sancılır?

İran İslam ölkəsidir və burada xeyli şəriət qanunları mövcuddur. Bu, onların öz işidir, daxili prosesdir. Ancaq başqa bir ölkənin qanunları, ənənələri, mentaliteti bizim ölkəyə keçirsə, mətbəximizə daxil olursa, qanunlarımıza təsir edirsə, narahat olmalıyıq.

Ümumiyyətlə, adamları kütlə qarşısına çıxarıb üzr videosu çəkdirmək niyə dəbə çevrilir? Konstitusiyası, qanunu, cəza üsulları bəlli olan bir ölkədə kütlə qarşısında üzr videosu yaymağa məcbur edilmək qanunsuzluq deyilmi?

Yazının motivinə aid olmayan bir məqam da diqqətimi çəkdi; həmin qafiyəni Rəşadın qulağına Orxan Lökbatanlı deyir, bu məqamı növbəti bəndi deyən Rəhman Basılmaz da təsdiqləyir. Orxan isə bir müddət əvvəl “ləzgi-tatar” məsələsinə görə üzrə məcbur edilmişdi. Bu məqamın şərhini də sizə buraxıram.

Oxumağa dəyər:   İran-Azərbaycan sərhəd körpüsü 6 aya hazır olacaq

Son məqam isə meyxananın hər gün bir az da dinin içinə girməsi və bu səbəbdən də sənət simasını itirməsidir.

Nə qədər ki, meyxananın fonunda din duracaq, o günə qədər də meyxana sənət olmaqdan uzaqda qalacaq. Çünki sənət azad, cürətli bir platformadır. Sərhədli, qadağalı mövzular sənətin bayrağı ola bilməz.

Meyxana tarixinin gəlmiş-keçmiş ən tanınmış, məşhur nümayəndəsi olan Rəşad da öz sənətini bu müstəvidə görür, sözünə görə üzr videosu paylaşırsa, meyxanadan yaxın əlli ildə nəsə gözləmək sadəlövhlükdür.

Sərdar Amin

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO

Multimedia 16/05/2022 17:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Masallıda toyda Rəşad Dağlı “sənəti naqruskadadı” qafiyəsində meyxana deyərkən belə bir misra istifadə etdi: “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı”. Bu gün isə Rəşad Dağlının üzr videosu yayıldı.

O, videoda deyir ki, qafiyənin uyğunsuzluğu, tələskənlikdən fikrini düzgün ifadə edə bilməyib. Bu da dindarların qəzəbinə tuş gəlib.

Doğrusu, dindarlar həmin qəzəbi harada ifadə ediblər, ondan xəbərim yoxdur, ola bilsin ki, birbaşa Rəşadın özü ilə danışıblar.

Narahatlıq doğuran məqam isə başqadır.

Bu öz yerində ki, qafqazlıların üzr istəmək problemi var, o cümlədən də bizim ölkə vətəndaşlarının. Bəzən üzrlə bitəcək xırda bir məsələ şişirdilir, ölümlə nəticələnir. Hər addımımızla kiminsə haqqına girdiyimiz bu dünyada üzr istəməkdən gözəl nə var ki? 

Lakin bir sənət adamının – Azərbaycanın ən tanınmış şəxslərindən olan Rəşad Dağlının qəribə səbəblə üzr istəməsi narahatlıq doğurur.

Axı Rəşad həmin cümlədə dinə aid zarafat, tənqid, təhqir etməyib!

Oradakı zarafat şəxslərlə bağlıdır, həm də zarafat öldürücü, təhqiramiz deyil. Bir tanınmış azərbaycanlı müasir İran ilahiyyatçı-siyasətçisi haqqında dediyi yüngül zarafata görə niyə xalq qarşısına çıxarılıb üzr istədilir? Axı burada nə din, nə peyğəmbər, nə ölkəmizdə həssas mövzulardan olan əhli-beytə nəsə deyilir!

Oxumağa dəyər:   "Anatolian Phoenix - 2022" təliminin ərazisinə baxış keçirilib - VİDEO

Niyə qonşu ölkənin keçmiş Prezidenti, müasir ilahiyyatçıları haqqında xırda zarafat edən sənət adamımız kütlə qabağında sındırlır?

Ona üzr istədənlər kimlərdir?

Həmin bənd deyiləndə, demək olar ki, toydakıların hamısı bu bəndə gülür, alqışlayırlar. Bəs, Rəşad Dağlının nəzərdə tutduğu “mömin qardaşlar” kimlərdir?

Seyyid Əzim Şirvanini məsciddə tapdalayıb öldürənlər hələdəmi yaşayırlar, sağdırlar?

Axı Azərbaycan şəriət qaydaları ilə idarə olunan bir ölkə deyil ki, onun sənət adamı da qonşu ölkənin ayətullahı haqqındakı xırda zarafatına görə üzr istədilsin…

Təbii, Xomeyni, Behcət sanballı şəxsiyyətlərdəndir. Ancaq onları İranda belə tənqid edənlər var. O da qaldı sekulyar ölkə olan Azərbaycanda. Ümumiyyətlə, o adamların həyat tərzi ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, nə qədər mütəvazi şəxslər olublar və əmin olun ki, dəfələrlə bu cür müdafiə olunduqları üçün narahatlıq ediblər. Tənqidə açıq olublar.

Sekulyar ölkə olan Azərbaycanda bu gün Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir tənqid olunursa, onları tənqid edənləri kimsə üzrə məcbur etmirsə, niyə qonşu İslam ölkəsinin analoji şəxsiyyətləri haqqında deyilən xırda zarafatın bədəli üzr videosu olmalıdır?

Oxumağa dəyər:   Fikrət Əmirovun nəvəsi işə gedərkən öldü

Belə olduğu halda xurafatı şişirdib gözümüzə soxanlar kimlərdir?

Niyə günü-gündən biz xurafat ölkəsinə çevrilirik?

Niyə dinin gözəl simasından pay almırıq, ancaq şişirdilmiş qadağaları yavaş-yavaş Azərbaycanın bağrına sancılır?

İran İslam ölkəsidir və burada xeyli şəriət qanunları mövcuddur. Bu, onların öz işidir, daxili prosesdir. Ancaq başqa bir ölkənin qanunları, ənənələri, mentaliteti bizim ölkəyə keçirsə, mətbəximizə daxil olursa, qanunlarımıza təsir edirsə, narahat olmalıyıq.

Ümumiyyətlə, adamları kütlə qarşısına çıxarıb üzr videosu çəkdirmək niyə dəbə çevrilir? Konstitusiyası, qanunu, cəza üsulları bəlli olan bir ölkədə kütlə qarşısında üzr videosu yaymağa məcbur edilmək qanunsuzluq deyilmi?

Yazının motivinə aid olmayan bir məqam da diqqətimi çəkdi; həmin qafiyəni Rəşadın qulağına Orxan Lökbatanlı deyir, bu məqamı növbəti bəndi deyən Rəhman Basılmaz da təsdiqləyir. Orxan isə bir müddət əvvəl “ləzgi-tatar” məsələsinə görə üzrə məcbur edilmişdi. Bu məqamın şərhini də sizə buraxıram.

Oxumağa dəyər:   İran-Azərbaycan sərhəd körpüsü 6 aya hazır olacaq

Son məqam isə meyxananın hər gün bir az da dinin içinə girməsi və bu səbəbdən də sənət simasını itirməsidir.

Nə qədər ki, meyxananın fonunda din duracaq, o günə qədər də meyxana sənət olmaqdan uzaqda qalacaq. Çünki sənət azad, cürətli bir platformadır. Sərhədli, qadağalı mövzular sənətin bayrağı ola bilməz.

Meyxana tarixinin gəlmiş-keçmiş ən tanınmış, məşhur nümayəndəsi olan Rəşad da öz sənətini bu müstəvidə görür, sözünə görə üzr videosu paylaşırsa, meyxanadan yaxın əlli ildə nəsə gözləmək sadəlövhlükdür.

Sərdar Amin

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video

Multimedia 15/05/2022 11:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər, o cümlədən Qazax rayonunun Çaylı kəndində “Mersedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev Türkiyədə – Video+

Multimedia 14/05/2022 22:54
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

***

Dövlət başçıları Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.

***

Açılış mərasimi başladı.

***

İlham Əliyev açılışda çıxış edir.

***

Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olunub.

Sonra birgə foto çəkdirilib.

Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsilib.

***

Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanının ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.

Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək.

Bu hava limanının dənizin doldurularaq inşa edilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rize-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensialdan daha səmərəli istifadə edilməsi strategiyasına uyğun olaraq, yeni hava və dəniz limanlarının inşası, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilməsi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.

Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır.

Oxumağa dəyər:   İran-Azərbaycan sərhəd körpüsü 6 aya hazır olacaq

Hava limanının çay yarpağı şəklindəki giriş tağı və çay stəkanı formasındakı hava nəqliyyatına nəzarət qülləsi bölgənin yerli memarlıq üslubunda inşa olunub. Aeroportun əsas binasında türk çayının tanıdılacağı Çaykur muzeyi və kiçik çay fabriki də yaradılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı:

“Əziz və dəyərli qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan.

Əziz qardaşlarım, əziz dostlar.

Yenidən qardaş Türkiyə torpağında olmağımdan çox məmnunam. Bütün türk qardaşlarımı səmimi-qəlbdən salamlayıram, Azərbaycandan hərarətli salamlar ifadə edirəm.

İlk növbədə, əziz qardaşım cənab Prezident Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm və bu gözəl hava limanının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır.

Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi.

İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.

Oxumağa dəyər:   Ərdoğan NATO-nu tənqid edib

Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir.

Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə – Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.

Əziz dostlar, əziz qardaşlar. Mən ilk dəfədir ki, Rizedəyəm. Bu diyar haqqında çox eşitmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir. Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara!

Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rize Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş etmişdir. Buna görə sizə minnətdarıq. Bütün Türk dünyası sizinlə fəxr edir.

Əziz dostlar, qardaşlar, bacılar, sizi bu gözəl hadisə – hava limanının açılışı münasibətilə bir daha təbrik edirəm. Yaşasın Rize! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı:

“Azərbaycan Prezidenti qardaşım hörmətli Əliyev. Milliyyətçi Hərəkat Partiyasının sədri hörmətli Dövlət Bağçalı, Böyük Birlik Partiyasının sədri hörmətli Mustafa Destici.

Hörmətli rizeli və artvinli həmyerlilərim, hörmətli qonaqlar.

Sizləri ən səmimi duyğularımla, məhəbbətlə salamlayıram.

Ölkəmizin qürurverici əsərləri arasında yer alan Rize-Artvin Hava Limanımızın şəhərlərimizə, bölgəmizə və millətimizə xeyirli olmasını diləyirəm.

Qardaşım Əliyevə, cənab Bağçalıya, cənab Desticiyə və digər qonaqlarımıza bu gözəl günümüzü bizlərlə bölüşdükləri üçün şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm.

Xalqa xidmət siyasətimizin son nümunəsi olan bu hava limanımız adi bir layihə deyil. Dünyada dəniz üzərində inşa edilən cəmi beş hava limanı var. Bunların açılışını etdiyimiz Rize-Artvinlə birlikdə ikisi ölkəmizdədir. Beləliklə, ölkəmizdəki hava limanlarının sayını 26-dan 58-ə çatdırdıq.

Oxumağa dəyər:   "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının zona birinciliyi keçirildi - Fotolar

Prezident Rəcəb Tayyib Ərdoğan ötən illərdə Türkiyənin əsaslı və kompleks inkişaf yolu keçdiyini vurğuladı. Dövlət başçısı iqtisadiyyatın hərtərəfli inkişaf etdiyini, o cümlədən nəqliyyat sahəsinin köklü inkişafı üçün silsilə layihələrin reallaşdırıldığını bildirdi. Bu baxımdan istismara verilən yeni Rize-Artvin Hava Limanının da mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

Türkiyə Prezidenti çıxışında təhsil, səhiyyə, abadlaşdırma, yeni yaşıllıqların və istirahət ocaqlarının yaradılması üçün də çoxsaylı layihələrin həyata keçirildiyini qeyd etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə xalqın rifah halının daha da yaxşılaşdırılmasının maksimum diqqətdə saxlandığını və bu sahədə ardıcıl tədbirlərin reallaşdırıldığını vurğuladı. Ölkəsinin beynəlxalq səviyyədə də milli maraqlarını daim inamla müdafiə etdiyini bildirən dövlət başçısı dedi:

– Türkiyənin iki əsrlik demokratiya və inkişaf yolu öz tarixi, həm də bütün dost və qardaşları, bölgəsi üçün böyük bir uğur hekayəsidir. Bu, elə bir uğur hekayəsidir ki, özündə bizim mübarizə ruhumuzu ehtiva edir. İndi mən qarşımda sizi belə görürəm. Bunu Qarabağda sübut etdiniz. Bunu Liviyada sübut etdiniz. Əminəm ki, Qabarda, Cudidə, Tendürekdə, Beşlər dərəsində bütün terror təşkilatlarına qarşı sübut etdiniz.

Prezident Rəcəb Tayyib Ərdoğan hərtərəfli dövlət siyasəti sayəsində Türkiyənin inamla və qətiyyətlə irəlilədiyini, dünyanın ən güclü və beynəlxalq səviyyədə söz sahibi olan ölkələrindən birinə çevrildiyini vurğuladı. O, Türkiyənin bütün bölgələri kimi, Rize və Artvin bölgələrinin də kompleks inkişafı üçün ardıcıl tədbirlərin davam etdirildiyini söylədi. Yeni hava limanının açılışı münasibətilə bir daha təbriklərini çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan dedi:

– Bu duyğularla bir daha Rize-Artvin Hava Limanımızın şəhərlərimizə və bölgəmizə xeyirli olmasını diləyirəm. Bu hava limanının ölkəmizə qazandırılmasında əməyi keçən başda nəqliyyat nazirimə, heyətinə, memar, mühəndis və işçilərimizə, podratçı firmalarımıza sizin hüzurunuzda xüsusilə təşəkkür edirəm. Hava limanımızın açılış sevincini bizimlə bölüşən hörmətli Əliyev qardaşıma bir daha minnətdarlığımı bildirirəm. Sizləri sevgi və ehtiramla salamlayıram. Sağ olun”.

***

Mayın 14-də Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin yolasalma mərasimi olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısını yola salıb.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı çay süfrəsinə dəvət edib.

Çay süfrəsində Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri İsmayıl Qəhrəman iştirak edib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev Ərdoğanla görüşdü – Video+

Multimedia 14/05/2022 19:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mayın 14-də Türkiyənin Rize şəhərində Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

***

Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb.

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün dəvətə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək, Türkiyədə digər sahələrdə olduğu kimi, nəqliyyat və infrastruktur sahəsində də genişmiqyaslı işlərin həyata keçirildiyini məmnunluqla qeyd edib və yeni hava limanının açılışı münasibətilə təbriklərini çatdırıb.

Dövlət başçıları energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə ediblər.

Söhbət zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video

Multimedia 14/05/2022 18:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 95 nəfər saxlanılıb.

Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərdən 80-i barəsində məhkəmə tərəfindən həbs, 15-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 21 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılardan 11-i birbaşa olaraq Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin satışına nəzarət edən şəxslər olublar.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Yeni Günəşli qəsəbələrində yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından, kitabxanalarda silsilə oğurluqlar edən, habelə binalarda liftlərin əyləc dolaqlarını qarət edən 9 cinayətkar qrupun 14 nəfərdən ibarət üzvü saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 36 ev və obyektdən pul, qızıl-zinət, məişət və digər əşyalar oğurladıqları müəyyən edilib.

Oxumağa dəyər:   "Balık ekmek" festivalı keçirilir - Fotolar

Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyevdən Türkiyədə vacib açıqlamalar – Video

Multimedia 14/05/2022 17:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında çıxış edib.

“Qafqazinfo” Prezidentin çıxışının videosunu təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev açılışda çıxış edir – Video+

Multimedia 14/05/2022 16:18
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

***

Dövlət başçıları Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.

***

Açılış mərasimi başladı.

***

İlham Əliyev açılışda çıxış edir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev Türkiyədə – Canlı – VİDEO

Multimedia 14/05/2022 15:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Metroda yanğın təlimi – Video+Foto

Multimedia 14/05/2022 12:06
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bakı Metropoliteni”ndə yanğın-taktiki təlim keçirib.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, təlim “8 noyabr” metrostansiyasında baş tutub. Təlimin keçirilməsində əsas məqsəd yanğından mühafizə bölmələrinin döyüş hazırlığının, o cümlədən metroda baş verə biləcək yanğınlarla əlaqədar praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, habelə metropolitenin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması olub.

Təlim zamanı, əvvəlcə baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib, dərhal sonra metropoliten əməkdaşları tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə” başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Sonra təlimdə iştirak edən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı  qarnizonunun Nəsimi, Binəqədi, Yasamal Rayon Yanğından Mühafizə hissələrinin və 1 saylı Xüsüsi Təyinatlı Yanğından Mühafizə Hissəsinin qüvvələri “yanğın” baş vermiş ünvana operativ qaydada gələrək “tüstülənmiş” zonada “köməksiz vəziyyətdə qalan insanların təxliyəsi” və şərti yanğının “söndürülməsi” əməliyyatını qısa müddətdə uğurla icra ediblər.

Oxumağa dəyər:   Ərdoğan NATO-nu tənqid edib

Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri hərəkətlər, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ətraflı izah edilib.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 19/05/2022 01:11

Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video

Read more
Multimedia 18/05/2022 20:09

Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video

Read more
Multimedia 18/05/2022 17:27

“Anatolian Phoenix – 2022” təliminin ərazisinə baxış keçirilib – VİDEO

Read more
Multimedia 18/05/2022 01:21

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO

Read more
Multimedia 17/05/2022 11:10

“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO

Read more
Multimedia 16/05/2022 17:17

Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video

Read more
Multimedia 16/05/2022 17:10

Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO

Read more
Multimedia 16/05/2022 17:05

Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO

Read more
Multimedia 15/05/2022 11:42

FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video

Read more
Multimedia 14/05/2022 22:54

İlham Əliyev Türkiyədə – Video+

Read more
Multimedia 14/05/2022 19:35

İlham Əliyev Ərdoğanla görüşdü – Video+

Read more
Multimedia 14/05/2022 18:07

DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video

Read more
Multimedia 14/05/2022 17:26

İlham Əliyevdən Türkiyədə vacib açıqlamalar – Video

Read more
Multimedia 14/05/2022 16:18

İlham Əliyev açılışda çıxış edir – Video+

Read more
Multimedia 14/05/2022 15:09

İlham Əliyev Türkiyədə – Canlı – VİDEO

Read more
Multimedia 14/05/2022 12:06

Metroda yanğın təlimi – Video+Foto

Read more
Multimedia 14/05/2022 11:09

İlk solo konsertində anşlaq yaşandı – Fotolar+Video

Read more
Multimedia 13/05/2022 14:21

Prezidentin Şuşada kövrəldiyi an – Video

Read more
Multimedia 13/05/2022 12:32

“Möcüzə”dən möcüzəli analara hədiyyə – VİDEO

Read more
Multimedia 12/05/2022 15:51

“Faşist şüarlarının səsləndirildiyi ölkədə necə yaşamaq olar?!” – Video

Read more
Multimedia 12/05/2022 12:45

Ötən sutka 7 nəfər xilas edilib – Video

Read more
Multimedia 12/05/2022 11:35

Su arxına yıxılan gənc belə xilas edildi – Video

Read more
Multimedia 12/05/2022 10:27

ASAN növbə sistemində yenilik – Video

Read more
Multimedia 12/05/2022 09:33

Rüşvət alarkən tutulan xəstəxana direktoru hakim qarşısına çıxarılır – VİDEO

Read more
Multimedia 12/05/2022 00:27

Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? – Video

Read more
Multimedia 11/05/2022 13:32

İcra başçısı şəhid atalarını qəbul etməyib? – Açıqlama + Video

Read more
Multimedia 11/05/2022 11:48

“XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın nəticələri açıqlandı! – Fotolar+Video

Read more
Multimedia 10/05/2022 18:56

Fuad Axundov: “Ermənistanda nasizm olmazsa, daha müharibə də olmayacaq” – VİDEO

Read more
Multimedia 10/05/2022 15:11

DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət etdilər – VİDEO

Read more
Multimedia 10/05/2022 14:59

Ötən sutka 7 nəfər xilas edilib – Video

Read more
Multimedia 08/05/2022 13:44

Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb – VİDEO

Read more
Multimedia 07/05/2022 17:41

Rusiya Ukraynanın Odessa şəhərini intensiv raket atəşinə tutub – VİDEO

Read more
Multimedia 06/05/2022 16:39

Xüsusi Təyinatlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək üçün təlim keçirilir – VİDEO

Read more
Multimedia 05/05/2022 12:18

Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib – VİDEO

Read more
Multimedia 27/04/2022 00:08

Bakıda bu meyvənin kilosu 80 manata satılır – Video

Read more
Multimedia 26/04/2022 23:17

Fitrə zəkatı nə qədər verilməlidir? – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla