Yasamal rayonu, Kənar Dairəvi yol ilə Dadaş Bünyadzadə küçəsinin kəsişməsində svetoforlar quraşdırılaraq yol hərəkət iştirakçılarının hərəkət ardıcıllığı nizamlanıb.

Bu barədə BNA-dan məlumat verilib. Bildirilir ki, məqsəd ərazidə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, baş verən qəzaların qarşısının alınması və Dadaş Bünyadzadə küçəsindən çıxan nəqliyyat vasitələrinin hərəkətində yaranan çətinliyin aradan qaldırılmasıdır.

Ərazidə svetofor obyektləri və yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil edilib, nizamlanan eyni səviyyəli piyada keçidi çəkilib, həmçinin eyni səviyyəli piyada keçdinin önündə panduslar inşa olunub. Nəticədə, kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub və əlçatanlıq səviyyəsi artırılıb.

 



İstinadlar Qafqazinfo