Bakıda daha bir məktəbdə dərslər koronavirus səbəbindən distant formaya keçirilib.

Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 106 nömrəli məktəb COVID-19 səbəbindən 1 həftəlik distant təhsilə keçib.

Qeyd edək ki, bundan əvvəl daha 4 təhsil müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçirilmişdi. Onlar Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo