Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşları qoparaq yerə tökülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər ərazidə təxirəsalınmaz tədbirlər həyata keçirib, sakinlərin təhlükəsizliyini təmin ediblər.

İstinadlar Qafqazinfo