Bakıda iki tələbə qidadan zəhərlənib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nizami rayonunun NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.

Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.

3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.

İstinadlar Qafqazinfo