
Dağıstan məhsulları Azərbaycanın paytaxtında – Bakı şəhərində hökumət binasının yaxınlığındakı sərgidə təqdim olunacaq. Onun açılışı Dağıstan sahibkarlarının Azərbaycana işgüzar missiyası zamanı, payızda planlaşdırılır.
Bunu TASS-a Dağıstan İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abaskuliyev deyib.
Ruslan Abaskuliyev qeyd edib ki, sərginin açılışı payızda baş tutacaq. “Açılış oktyabrda Dağıstan sahibkarlarının Azərbaycanda biznes missiyası çərçivəsində baş tutacaq”, – Abaskuliyev bildirib.