AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • “Azəriqaz” rəhbərliyi Göygöldə qazlaşma işlərini yoxladı – Video
  • Gəncədə piyadanı avtomobil vuraraq öldürüb
  • Bakıda ana və qızı bıçaqlanıb, biri ölüb
  • Yanvar ayında 1 milyon 790 min 484 manat оlan qaçaqmal və spirtli içkilər saxlanılıb
  • Ötən ay axtarışda оlan 247 nəfər sərhəddə aşkarlanıb
  • DSX: “Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb”
  • Azərbaycan neftinin qiyməti 87 dollardan aşağı düşüb
  • Ağır döyüşlər gedən Baxmut – FOTOREPORTAJ
  • Bakıda gənc qız itkin düşüb
  • Martda 14 gün iş olmayacaq
  • Ağır döyüşlər gedən Baxmut – FOTOREPORTAJ
  • Ermənistanda hərbi cinayətlərin sayı artıb
  • Yanacaq daşıyan maşınlar Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib
  • ABŞ-da silahlı hücum olub, ölən və yaralananlar var
  • KİV: Azərbaycandan başlayan Trans-Adriatik Qaz Boru Kəməri öz gücünü artırır
  • KXDR ABŞ-ın istənilən hərbi əməliyyatına “ən sərt şəkildə cavab” verəcəyini vəd edib
  • Ərdoğan İlham Əliyevə “Togg” verəcək
  • Pakistanda məsciddəki partlayışla bağlı 23 nəfər həbs edilib
  • Ərdoğan Türkiyənin ikinci “Togg” elektromobilinin İlham Əliyevə veriləcəyini açıqlayıb
  • Bu gün Gənclər Günüdür
  • “İran Azərbaycanın Avropaya enerji təchizatı üçün əsas təhlükələrdən biridir”
  • İlon Mask 140 milyon itirdi
  • Ermənistan Qırğızıstana səfir təyin etdi
  • FTB Baydenin evində axtarış edir
  • Somalidə paytaxtdakı prezident sarayı atəşə tutulub
  • “Tamaşaçı ilk dəfə yeni final görəcək” – Video
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub – VİDEO
04/12/2022 08:58
“Azəriqaz” rəhbərliyi Göygöldə qazlaşma işlərini yoxladı – Video
02/02/2023 09:35
“Tamaşaçı ilk dəfə yeni final görəcək” – Video
01/02/2023 19:03
Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO
01/02/2023 10:50
Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO
31/01/2023 13:34
“İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video
31/01/2023 10:41
Azərbaycan komandolarının taktiki-xüsusi məşqləri davam etdirilir
31/01/2023 10:07
Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video
31/01/2023 01:20
18 ildir kişi kimi yaşayır… – Video
30/01/2023 21:49
“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” – Video
30/01/2023 16:21
Amerikalı müğənni vəfat etdi – VİDEO
30/01/2023 09:56
Yaralılar Bakıya belə gətirildi – Video
29/01/2023 22:53
Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video
29/01/2023 17:56
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO
29/01/2023 17:47
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
29/01/2023 15:04
“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO
29/01/2023 06:59
Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO
28/01/2023 10:47

Video xəbərlər

  • Şadlıq sarayları qiymətləri artırdı – Video
  • Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb – VİDEO
  • Ararat Mirzoyan 280 min dollara malikanə alıb – Video
  • Binəqədidə hərbi sursat aşkarlanıb – VİDEO
  • Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib” – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

03/02/2023
23:56 Bakıda minik avtomobilləri toqquşub, bir nəfər ölüb
23:35 Türkiyədə bələdiyyə başçısı həbs edilib
23:23 TDT-də Beynəlxalq Böhran Qrupunun ekspertləri ilə müzakirələr aparılıb
23:11 TDT-nin Baş katibi İsveç və Danimarkada Quranın yandırılmasını qınayıb
22:41 İranda ifadəyə çağırılan azərbaycanlı musiqiçinin həbs olunduğu ortaya çıxıb
22:38 İki gün əvvəl təyin olunan direktor işdən çıxarıldı
22:25 Zaqatalada məscid imamı vəfat etdi
22:23 Ermənistan parlament Aparatının rəhbəri vəzifəsindən azad edildi
22:13 Şarl Mişel: “Biz Kremldən qorxmuruq”
22:11 İstanbulda avtobus qəzasında yaralanan Azərbaycan vətəndaşı ölüb
22:06 İsrailin kibertəhlükəsizlik sahəsində təcrübəsi öyrənilir
22:03 Bu şagirdlər DİM-in buraxılış imtahanından azad edildi
21:50 Türkmənistan milli təhlükəsizlik naziri və Ali Məhkəmənin sədri vəzifəsindən azad edilib
21:47 Rusiya universitetlərində tələbələrə bunlar da öyrədiləcək
21:32 “Marsa getmək çox bahalıdır” – Bill Qeyts
21:26 Pentaqon Ukraynaya daha bir böyük hərbi yardım paketinin ayrıldığını açıqlayıb
20:50 Avropa Ukraynanın sürətli bərpasına başlayır 
20:41 Xankəndi-Laçın yolundakı aksiya davam edir: etirazçılar yüksək fəallıq nümayiş etdirirlər 
20:32 Şadlıq sarayları qiymətləri artırdı – Video
20:11 Zelenski: “Baxmutu təslim etməyəcəyik”
19:53 Anar Mədətova ağır itki – Foto
19:44 “Bu reklam deyil, halallığın yoxlanmasıdır” – Hacı Şahin
19:41 Fatih Dönməz: “Yaxın 3-4 ildə TANAP-ın həcmi iki dəfə artırılacaq”
19:20 Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb
19:08 Azərbaycan Avropa İttifaqı ilə “yaşıl enerji”yə keçid strategiyasını müzakirə edib
18:53 Nazir: “Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün yeni sazişlərə ehtiyac yoxdur”
18:41 Pərviz Şahbazov: “Türkiyənin qaz xabına çevrilməsi Azərbaycanla münasibətləri daha da genişləndirəcək”
18:20 Kadri Simson: “Azərbaycanla əməkdaşlıq təkcə qaz təchizatı ilə məhdudlaşmalı deyil”
18:14 Azərbaycan Macarıstanla birgə layihələrin reallaşdırılmasını müzakirə edib
18:11 Pərviz Şahbazov: “Azərbaycandan Avropaya qaz ixracını 2 dəfə artırılması ilə bağlı investisiya qərarları tezləşdirilməlidir”
18:05 Energetika Nazirliyi “ACWA Power” şirkəti ilə yeni əməkdaşlıq sənədləri imzalayıb
18:02 Pako Raban dünyasını dəyişdi
18:01 Səfir: “Britaniya enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biridir”
17:59 BAAU-nun tələbələri seminar-treninqdə – Foto
17:50 Naxçıvandakı Orta İxtisas Polis Məktəbinə kursant qəbulu elan edilib
17:44 Ukraynada “Bayraktar” istehsalı ilə daha bir razılıq əldə olunub
17:38 Bu yolda dairəvi hərəkət ləğv edildi – Fotolar
17:38 Vaksinasiya ilə bağlı son vəziyyət
17:35 Yoluxanların sayı açıqlandı
17:32 Azərbaycan İtaliya şirkətlərini biznes sektorda daha fəal əməkdaşlığa dəvət edib
17:31 “Zaminbank”ın həbsdə olan sabiq rəhbərinin cəzası azaldılıb
17:29 Ağstafada yol qəzası olub, xəsarət alanlar var
17:16 Ağdaşda körpə uşaq yuyucu vasitəsi içərək zəhərlənib
17:14 Nadir İsmayılovun həbs müddəti azaldıldı
17:11 Pərviz Şahbazov: “Bu il Azərbaycan Türkiyəyə 10 milyard kubmetr qaz ixrac edəcək”
17:08 4 general-polkovnikdən sonra bu ordeni alan Vasif oldu – Foto
16:56 AEBA-nın Baş direktoru gələn həftə Rusiyaya səfər edəcək
16:47 Laura Loxman: “ABŞ Azərbaycanın bərpa olunan enerji layihələrini inkişaf etdirmək səylərini alqışlayır”
16:44 Bu avtobusların hərəkət sxemi dəyişdirilir
16:43 Yasamal Rayon İcra Hakimiyyətindən ağacların kəsilməsi iddiasına – Cavab
16:41 İpoteka və Kredit Zəmanət Fondu Xırdalanda 50 kirayə mənzili satışa çıxarıb
16:38 ABŞ Dövlət Departamentinin nümayəndəsi: “SGC-nin gələcəkdə daha da genişlənəcəyinə ümid edirik”
16:32 “Qanlı göl”ün adı dəyişdirilir?
16:02 EBRD aqro sahəsində fəaliyyət göstərən startapları maliyyələşdirəcək
15:59 QHT sədri: “Qış ekoməktəbinin iştirakçıları azərbaycanlı fəalları dəstəkləyirlər”
15:58 Azərbaycan şalot soğanı idxalını gömrük rüsumundan azad edib
15:56 Soğan gömrük rüsumundan azad edildi
15:52 Soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilib 
15:50 Almaniya Ukraynaya 88 “Leopard1” tankı göndərəcək
15:41 Ukraynada Krım və Donbasın azadlığı üçün yeni hücum briqadaları yaradılır

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub – VİDEO

Hadisə 04/12/2022 08:58
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən taxta konstruksiyalı tikilidə baş verdiyi və genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq FHN qüvvələrinin həyata keçirdiyi operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənib mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi 35kv.m olan tikilinin 6kv.m sahədə üzlüyü və 4m uzunluğunda rəf yanıb, mənzillər yanğından mühafizə olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz” rəhbərliyi Göygöldə qazlaşma işlərini yoxladı – Video

Multimedia 02/02/2023 09:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azəriqaz”ın bölgələrdə həyata keçirilən qazlaşdırılma işlərinin yerində yoxlanılması və əməkdaşların iş şəraiti ilə tanışlıq prosesi davam edir. 

Bu məqsədlə qurumun baş direktorunun müavini Ceyhun Şıxəliyev ilk olaraq Göygöl rayonunun Quşqara kəndində olub. 

Qurum rəsmisinə görülən işlərlə bağlı ətraflı məlumat verilib. Daha sonra ərazidə çalışan bir qrup Birlik əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif olunub.

Quşqara kəndindən sonra növbəti səfər rayonun ucqar ərazidə yerləşən Gəncəkənd kəndinə olub. 

Qazlaşdırılma prosesinin böyük bir qisminin icra olunduğu və qısa müddət ərzində işlərin yekunlaşacağı ilə bağlı məlumat verilib. İşlərlə tanışlıqdan sonra qurum rəsmisi bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Tamaşaçı ilk dəfə yeni final görəcək” – Video

Multimedia 01/02/2023 19:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Məlum olduğu kimi, fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi nümayiş olunacaq. Tamaşa Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanır.

“Qafqazinfo” sözügedən tamaşanın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı məşqlərində iştirak edib, yaradıcı heyətlə söhbətləşib.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov bildirib ki, Mərkəz “Heydər Əliyev İli” çərçivəsində ümummilli liderin irsinin təbliği istiqamətində bir sıra çoxşaxəli layihələr planlaşdırır: “Ən əsas layihələrdən biri də “Heydər Əliyev və milli teatr sənəti” layihəsidir. Bu layihə çərçivəsində ulu öndər, ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi və böyük maraqla izlədiyi tamaşaların nümayişi nəzərdə tutulur. Heydər Əliyev hər zaman müsahibələrində “Ölülər” tamaşası ilə bağlı fikirlərini bildirib, pyesin bənzərsiz, tarixi, həddindən artıq fəlsəfi əsər olduğunu qeyd edib”.

Oxumağa dəyər:   Gəncədə keçmiş hərbi hissədə yanğın

Tamaşanın rejissoru Xalq artisti Azər Paşa Nemətov deyib ki, hazırda tamaşanın Heydər Əliyev Mərkəzinin səhnəsinə uyğunlaşdırılması prosesi aparılır: “O səhnə bizimkindən daha genişdir, daha böyükdür. Səhnələr fərqli olduğuna görə yeni dekorasiyalar hazırlayırıq.

Nemətov əlavə edib ki, Heydər Əliyev Mərkəzində nümayiş olunacaq tamaşanın finalı başqa cür olacaq: “Tamaşaçı ilk dəfə yeni final görəcək. Mənə elə gəlir ki, o da çox maraqlı olacaq. Şəxsən mənim üçün çox maraqlıdır. Bu final yalnız Heydər Əliyev Mərkəzində olacaq. Bilirəm ki, tamaşaçılar səhnə əsərindən həzz alacaqlar”.

“Ölülər” tamaşasında əsas obrazlardan biri “Şeyx Nəsrullah”ın ifaçısı Xalq artisti Nurəddin Mehdixanlı qeyd edib ki, Heydər Əliyev Mərkəzi çox gözəl təşəbbüs irəli sürüb: “Bizim üçün çox xoş oldu ki, Heydər Əliyev Mərkəzi məhz ulu öndərimizin sevdiyi tamaşanın həmin Mərkəzdə nümayişini təşkil edir. Çalışcağıq ki, fevralın 24-də teatrımızı Heydər Əliyev Mərkəzində layiqli şəkildə təmsil edək. Bütün tamaşaçılarımızı Heydər Əliyev Mərkəzinə dəvət edirik”.

Oxumağa dəyər:   Fransada Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti barədə fotolar nümayiş olunur

“Ölülər”in “Kefli İsgəndər”i Əməkdar artist Anar Heybətovun sözlərinə görə, məşq prosesi artıq yekunlaşıb: “Bu gün Dram Teatrında sonuncu məşqimiz idi. Qənaətbəxş oldu. Səhnələrin ölçüləri fərqli olduğundan bəzi düzəlişlər etmişik. Tam hazır vəziyyətdədir. İnşallah fevralın 24-də Heydər Əliyev Mərkəzində bu tamaşanı göstərəcəyik”.

Tamaşada “Şeyx Əhməd” obrazına həyat verən Əməkdar artist Aslan Şirin “Ölülər” tamaşasının Heydər Əliyev Mərkəzində səhnəyə qoyulmasını böyük mədəniyyət hadisəsi adlandırıb: “Həm də çox sevindirici haldır ki, bu tamaşanın nümayişi ulu öndərimizin 100 illik yubileyinə təsadüf edir. Teatrımızda da gözəl ab-hava yaranıb, gözəl məşq prosesi gedir. Baş rollardan birinin mənə həvalə edilməsindən çox xoşbəxtəm. Heydər Əliyev Mərkəzində səhnəyə çıxacağım üçün həyəcan yaşayıram. Düşünürəm ki, fevralın 24-də biz böyük tamaşaçı kütləsi ilə qarşı-qarşıya qalacağıq, yaxşı mənada. Teatrsevərləri, ziyalıları Heydər Əliyev Mərkəzinə Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasına Akademik Milli Dram Teatrının təqdimatında baxmağa dəvət edirəm”.

Oxumağa dəyər:   Bakıda intiharın qarşısı alınıb

Qeyd edək ki, ikihissəli tamaşada, həmçinin Xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, Əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxacaqlar.

Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək.

Hüseyn Məmmədsalahov

Video-fotolar: Müzəffər İsmayılov






İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO

Hadisə 01/02/2023 10:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda səkiyə çırpılan avtomobil yanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılan “Toyota” markalı minik avtomobilində yanğın baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. Yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO

Hadisə 31/01/2023 13:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 3 ədəd patron və daraq aşkar olunaraq götürülüb. Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.

9-ci Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video

Multimedia 31/01/2023 10:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində imtahanlarda tələbə və valideynlərdən rüşvət alınıb, imtahanda cavablar telefon və dəftərlərdən köçürülür”. 

Bu şikayətlə “Qafqazinfo”ya kollecin hüquqşünası Aynurə Muradova müraciət edib. Onun sözlərinə görə, bu hal dəfələrlə baş verib: “Bu görüntüləri 25 yanvar səhər saat 09:42-də çəkmişəm. Həmin an imtahan gedirdi. Mən birinci mərtəbədə olan vəziyyəti çəkə bildim. Eyni anda ikinci mərtəbədə də imtahan var idi. Görüntülərdən də göründüyü kimi, tələbələr cavablar üçün telefona baxırlar. Hüquqşünas olsam da, rəhbərlik məni imtanlara nəzarət etməyə qoymur. Direktor Vilayət İsmayılov, tədris işləri üzrə müavin Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə müavin Sevinc Həmzəyeva kolleci şəxsi bizneslərinə çeviriblər. Onu da deyim ki, Teymuraz Əfəndiyev 2014-cü ildə korrupsiya ilə əlaqədar Sosial İqtisad Kollecindən işdən çıxarılıb”.

4 ildir bu kollecdə çalışdığını deyən A. Muradovanın iddiasına əsasən, bu vəziyyəti şikayət etdiyi üçün rəhbərlik onunla ədavət aparır: “Mənim ADİU-ya İqtisad universitetinə şikayətimdən bəri aylardır bəzi işçiləri öyrədib üstümə hücum edirlər. Əl atdan ərizə yığıblar ki, guya onları təhqir etmişəm”. 

Oxumağa dəyər:   Bakıda qadına qarşı soyğunçuluq edilib

İddialarla bağlı Qida Sənayesi Kolleci ilə əlaqə saxladıq. Kollecin direktoru Vilayət İsmayılovun sözlərinə görə, deyilənlər tamamilə böhtandır: “Yazılı imtahan çətin olduğuna görə, humanist yanaşaraq biletlər paylandıqdan sonra tələbələrə 3 dəqiqə vaxt verilir ki, yaddaşlarını bərpa etsinlər. Həmin anı çəkərək yalandan istifadə ediblər. Onun davamı da var ki, artıq imtahana başlayanda telefonlar hamısı yığışdırılıb”. 

Lamiyə Məmmədova

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan komandolarının taktiki-xüsusi məşqləri davam etdirilir

Xəbər 31/01/2023 10:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi məşqlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Komandolar kəşfiyyat cığırının açılması, maneələr zolağından keçid və digər fəaliyyətləri real döyüş şəraitində məşq edirlər.

Həmçinin sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqlar uğurla icra olunur.

Əməliyyat (Komando) bölmələri ilə keçirilən məşqlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video

Multimedia 31/01/2023 01:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib və ötən gün II Şəhidlər xiyabanında torpağa taşırılıb.

Şəhidimizin nəşinin Bakıya gətirildiyi saatlarda Tehran aeroportunda maraqlı anlar yaşanıb.

Belə ki, Azərbaycan heyətində yer alan təhlükəsizlik xidmətinin əməkdaşları İran hərbçilərinə şəhidimizin tabutunu daşımağı etibar etməyib.

Bu anda araya girən azərbaycanlılar, şəhidin tabutunu iran hərbçilərindən alaraq onu çiyinləri üzərinə qaldırıblar.

Azərbaycan heyətinin bu davranışı sosial şəbəkədə rəğbətlə qarşılanıb ki, bu da başadüşüləndir. Hər halda Orxan Əsgərovun İran hökumətinin səfirliyin təhlükəsizliyinə laqeyd münasibət göstərməsi nəticəsində şəhid olduğu heç kimə sirr deyil.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

18 ildir kişi kimi yaşayır… – Video

Multimedia 30/01/2023 21:49
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İmişli rayon sakini Bulqeyst Əhmədova adlı qadın şəxsiyyət vəsiqəsi ilə bağlı problem yaşayır.

Adıçəkilən qadının şəxsiyyət vəsiqəsində cinsi “kişi” yazılıb.

Bundan başqa onun adı şəxsiyyətini təsdiq edən sənəddə Əhmədov Bulqeys Cəmil oğlu göstərilib.

8 övladı olan qadın 2015-ci ildə şəxsiyyət vəsiqəsini yeniləmək üçün İmişli rayon Polis Bölməsinə müraciət edib. Şəxsiyyət vəsiqəsi isə hazır olanda isə maraqlı durumla qarşılaşıb. Qadının vəsiqəsinin dəyişdirilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur ki, ailə üzvləri də onu tapa bilmirlər.

Mövzu ilə bağlı hazırlanmış süjeti təqdim edirik:

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” – Video

Multimedia 30/01/2023 16:21
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektinin Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində həftədə 2-3 qəza hadisəsi baş verir. Artıq o yoldan istifadə etməyə qorxuruq”.

Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, ən son yanvarın 28-də iki qəza baş verib: “Bu qəzalara səbəb işıqforun olmamasıdır. Dəfələrlə işıqfor qoyulması üçün müraciət olunub, lakin bir nəticə yoxdur. Gün ərzində o yoldan istifadə edirik. Bu qədər qəzanı görəndən sonra çox qorxuruq”. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, qurumun mütəxəssisləri qeyd olunan yol kəsişməsində təhlillər aparıb və svetofor obyektinin quraşdırılması məqsədəuyğun hesab edilib: “Bununla bağlı təklif hazırlanaraq rəy verilməsi üçün Dövlət Yol Polisinə təqdim ediləcək. Həmçinin, ərazidə hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması üçün yol nişanlarının vəziyyəti də təhlil edilib. Qısa zamanda yol kəsişməsində zəruri olan yol nişanları da təmin olunacaq”.

Oxumağa dəyər:   Gəncədə keçmiş hərbi hissədə yanğın

Lamiyə Məmmədova

 

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Amerikalı müğənni vəfat etdi – VİDEO

Multimedia 30/01/2023 09:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Amerikalı müğənni Barrett Stronq yanvarın 29-da dünyasını dəyişib.

Bu barədə “Motown Records” səsyazma kompaniyasının muzeyi tviterdə bildirib.

O, 81 yaşında vəfat edib.

Qeyd edək ki, Stronq karyerasına 1959-cu ildə başlayıb. Həmin ilin sonunda “Money” mahnısını yazdırıb. Sözügedən mahnı bir müddət sonra rok klassikasına çevrilib. Onu “The Beatles” və “The Rolling Stones” kimi qruplar da ifa edib. 2011-ci ildə “Rolling Stone” jurnalı kompozisiyanı bütün dövrlərin ən yaxşı 500 mahnısı siyahısında 294-cü yerə layiq görüb.  

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yaralılar Bakıya belə gətirildi – Video

Multimedia 29/01/2023 22:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı yaralanan səfirlik əməkdaşları da Bakıya gətirilib.

“Qafqazinfo” Heydər Əliyev Beynəlxalq Hava Limanından həmin anın görüntülərini təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video

Multimedia 29/01/2023 17:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, hərbi təhsil müəssisəsinin professor-müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Mərasim iştirakçılarına Vətən müharibəsi şəhidinin ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO

Multimedia 29/01/2023 17:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, hərbi təhsil müəssisəsinin professor-müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçılarına E.Şükürlünün ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub, musiqili ədəbi-bədii kompozisiya təqdim edilib.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Oxumağa dəyər:   Orxan Məmmədov: "Aqrar sahədə klasterləşmə işləri sürətləndirilməlidir"

Anım mərasimində şəhidimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Multimedia 29/01/2023 15:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.

“Report” nazirliyə isitnadən icmalı təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO

Multimedia 29/01/2023 06:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü ildə anadan olan Şahin Allahyarov 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhadətə yüksəlib. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin xanımı Kəmalə Allahyarova bir neçə ay əvvəl Şahin Allahyarovun şəhadətə qovuşduğu Şuşanı ziyarət edib.

“Qafqazinfo” şəhidin xanımının Şuşa təəssüratları ilə bağlı yazısını təqdim edir.

Son bir ildə dəfələrlə Şuşaya getməyi arzulamışdım. Amma həm də, tərəddüd edirdim. Öz-özümə suallar verirdim: Görəsən, o müqəddəs məkana getməyə hazırammı? 

Bir anlıq gözümü yumub özümü hələ yalnız televizorda, internetdəki videolarda gördüyüm sıldırım qayaların zirvəsində, Cıdır düzündə, İsa bulağında təsəvvür edirdim. Ürəyim əsirdi, gözlərim dolurdu, qəribə bir həyəcan basırdı məni. 

Şuşa mənim üçün təkcə Zəfər tariximiz, Qarabağın incisi, müqəddəs torpaq deyildi. Şuşanı mənim üçün daha da müqəddəsləşdirən şəhidimin – həyat yoldaşım Şahin Allahyarovun son döyüş ünvanı, son nəfəsini verdiyi yer, şəhadətə qovuşduğu məkan olması idi. Yüzlərlə qəhrəmanımız, şəhidimiz kimi, mənim Şahinimin də qanı bu müqəddəs torpağa tökülmüşdü.

Elə bilirdim, Şuşaya ayaq basanda Şahinin ruhu məni qarşılayacaq, məni salamlayacaq. Bunları xəyal etdikcə, daha çox duyğulanırdım, daha çox həyəcanlanırdım. 

Oxumağa dəyər:   Fransada Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti barədə fotolar nümayiş olunur

Aradan keçən uzun zamandan sonra nəhayət cəsarətimi toplayıb, Şuşaya gedəcəyimə qərar verdim. Gün təyin olundu və bizim Bakıdan yola düşməyimiz üçün məkan seçildi. Bu məkandan Şuşaya yola düşənlərin hamısını birləşdirən də Şuşa idi. Müqəddəs məkana üz tutanlar şəhid ailələri, həm də əzizini bu müqəddəs şəhər uğrunda gedən döyüşlərdə şəhid vermiş ailələr idi. 

Kimisi övladını, kimisi qardaşını, kimisi də həyat yoldaşını şəhid vermişdi. Bu gün biz hamımız bu doğma və müqəddəs məkana əziz şəhidlərimizin ruhunu salamlamağa gedirdik. Onların necə bir yerdə döyüşdüklərini, qəhrəmanlıqlarını, şəhadətə qovuşma anlarını görməyə, hiss etməyə gedirdik.

Biz həyəcanlandıqca, sanki zaman keçmək bilmirdi. 

İşğaldan azad olunmuş, ermənilərin viran qoyduğu torpaqlara daxil olduqca, Şuşaya yaxınlaşdıqca həyəcanım artırdı. Dağlı, dərəli, piyada keçilməsi çox çətin olan bu torpaqları gördükcə, dəhşətə gəlirdim. Bizim saatlardır maşınla getdiyimiz və bitməyən bu əraziləri bizim əzizlərimiz necə gəlmişdilər? Günlərlə ac-susuz, yorğun amma bir an belə dayanmadan, güllələrin altında hər an ölə biləcəklərini gözə alaraq, bir addım belə geriyə atmadan bu çətin relyefli əraziləri necə keçmişdilər? 

Bu oğullar necə böyük bir sevgiylə bu Vətəni sevirmişlər, İlahi! Hər qarışına şəhidlərimizin qanı tökülmüş, hər qarışı can, qan bahasına azad olunan bu torpaqlardan keçdikcə, Şahinin böyük Vətən sevgisini daha dərindən anlamağa çalışıram və ona, şəhidimlə birgə bu torpaqlarda canından keçmiş igidlərimizə heyranlığım daha da artır. Gözlərimi yumub bir anlıq burada gedən qanlı döyüşləri xəyal etməyə çalışıram, xəyal etdiklərim belə məni dəhşətə gətirir, tez gözlərimi açıram.

Oxumağa dəyər:   Bakıda qadına qarşı soyğunçuluq edilib

Bələdçi elan edir: Şuşaya yaxınlaşırıq! Həyəcanım bir qədər də artır, gözlərim dolur. Qızğın döyüşlər vaxtı Şahinin bir telefon zəngində dediyi sözlər yadıma düşür: “Qalib gələk, müharibə qurtarsın, səni Şuşaya gəzməyə gətirəcəm!”. 

Hıçqırtı məni boğur, hönkürmək istəyirəm, birtəhər özümü sakitləşdirirəm. Şuşaya daxil oluruq – 30 il həsrəti ilə yanıb-yaxıldığımız, şəninə mahnılar, dastanlar yazılan, sıldırım qayaları adamı vahimələndirən, yaşıl meşələri göz oxşayan müqəddəs şəhərə. Mənfur düşmən nə qədər darmadağın etsə də, Şuşa mahnılarda, şeirlərdə deyildiyi kimi gözəldir, əzəmətlidir, vüqarlıdır. 

Öz müdrikliyindən bircə damcı da əksiltməyib, şəhid qanı daha da müqəddəsləşdirib bu gözəl diyarı. Qarabağın gözü, Azərbaycanın Cənnət diyarı Şuşa! Hər zaman kitablardan oxuduğum Şuşanı artıq canlı-canlı görürdüm. İşğal olunduğu tarix mənim yaşımdan belə böyükdür. 

Avtobus Şuşanın dolambaclı, əsrarəngiz küçələrini keçərək, bizi əvvəldən müəyyən edilən əraziyə doğru aparır. Avtobusun pəncərəsindən baxdıqca, hər küçədə, hər evin qapısında müharibənin izləri görünür. Burda döyüşən Azərbaycan oğulları öz izlərini, imzalarını qoyublar. Adlar, rayon adları, müxtəlif rəmzlər hamısı qanlı döyüşlərdən bir xatirədir, hamısı bir qəhrəmanlıq dastanıdır. Düşünürəm, görəsən bu yazını yazanlar sağdırmı, yoxsa onlar da Şahin kimi son nəfəslərini bu torpaqda verib. Yenə hönkürürəm və pıçıldayıram: “Şahin, mən gəlmişəm, sən gətirməsən də, özüm gəldim. Bəs, sən özün hardasan, görmürəm axı səni??”.

Oxumağa dəyər:   DİN-dən stadiondakı bıçaqlanma xəbərinə - Reaksiya

Avtobus dağların üzük qaşı kimi dövrəyə aldığı Cıdır düzünə yaxınlaşır. Burada bizi üçrəngli müqəddəs şanlı bayrağımız və bayrağın keşiyində dayanan igid Azərbaycan əsgəri qarşılayır. Mənzərə o qədər əzəmətlidir ki, hamımız heyrətdən donub qalırıq. 

Artıq burdayam-həyat yoldaşımı şəhid verdiyim yerdəyəm. Aylardır arzuladığım və böyük ümidlərlə gəldiyim yer. Qəribə hisslər keçirirəm- ən böyük arzusuna çatmış adam kimi sevincliyəm, son ümidini itirmiş adam kimi kədərliyəm. Bir an mənə elə gəldi ki, Şahin Şuşanın səmasından mənə baxır, üzündə də bir sevinc, hüzur var. Sanki mənim də ürəyimə bir rahatlıq gəldi, sakitləşdim.

Sən mənim üçün, balaların üçün, Vətənin üçün hər zaman yaşayacaqsan, Şahin! Mən bilirəm ki sən yenə də Vətənin keşiyindəsən. Bu dəfə səngərdə olmasan da, səmadan qoruyursan Vətənini!

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Hadisə 28/01/2023 10:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkılatçılığı ilə metronun “28 May” stansiyasında təlim keçirilib.

FHN-dən verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “28 May” stansiyasından “qatı tüstülənmə” olduğu barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin yanğından mühafizə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqlarının yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısa qapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. FHN-in mobil yanğın, xilasetmə və əməliyyat qrupları tərəfindən fərdi mühafizə vasitələri və kimyəvi kəşfiyyat cihazlarından istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, xilasetmə vasitələri tətbiq edilməklə Metropoliten əməkdaşları ilə birlikdə qatardakı “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin tibbi yardım göstərilib”.

Oxumağa dəyər:   Ginnesin Rekordlar kitabına düşən dünyanın ən böyük iti - Foto

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 50 nəfər şəxsi heyəti cəlb olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 02/02/2023 09:35

“Azəriqaz” rəhbərliyi Göygöldə qazlaşma işlərini yoxladı – Video

Read more
Multimedia 01/02/2023 19:03

“Tamaşaçı ilk dəfə yeni final görəcək” – Video

Read more
Hadisə 01/02/2023 10:50

Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO

Read more
Hadisə 31/01/2023 13:34

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 31/01/2023 10:41

“İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video

Read more
Xəbər 31/01/2023 10:07

Azərbaycan komandolarının taktiki-xüsusi məşqləri davam etdirilir

Read more
Multimedia 31/01/2023 01:20

Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video

Read more
Multimedia 30/01/2023 21:49

18 ildir kişi kimi yaşayır… – Video

Read more
Multimedia 30/01/2023 16:21

“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” – Video

Read more
Multimedia 30/01/2023 09:56

Amerikalı müğənni vəfat etdi – VİDEO

Read more
Multimedia 29/01/2023 22:53

Yaralılar Bakıya belə gətirildi – Video

Read more
Multimedia 29/01/2023 17:56

Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video

Read more
Multimedia 29/01/2023 17:47

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO

Read more
Multimedia 29/01/2023 15:04

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 29/01/2023 06:59

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO

Read more
Hadisə 28/01/2023 10:47

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Read more
Multimedia 28/01/2023 10:30

Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Read more
Multimedia 28/01/2023 09:32

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Read more
Multimedia 27/01/2023 23:09

İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Read more
Multimedia 27/01/2023 21:31

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Read more
Multimedia 27/01/2023 20:23

“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

Read more
Hadisə 27/01/2023 18:04

Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Read more
Hadisə 27/01/2023 15:40

Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO

Read more
Multimedia 27/01/2023 13:47

“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video

Read more
Multimedia 26/01/2023 21:20

Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video

Read more
Multimedia 26/01/2023 15:30

Daha 34 qazi polisdə işə qəbul edildi

Read more
Multimedia 25/01/2023 22:52

Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video

Read more
Multimedia 25/01/2023 18:04

Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video

Read more
Multimedia 25/01/2023 16:44

“Azərsu” xəbərdarlıq etdi – Video

Read more
Multimedia 25/01/2023 15:20

Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO

Read more
Maqazin 25/01/2023 11:14

“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video

Read more
Multimedia 24/01/2023 14:28

MN: “Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir” – VİDEO

Read more
Multimedia 23/01/2023 18:35

ƏƏSMN-in bu gün onlayn satışa çıxardığı mənzillərdən 1106-sı bron edildi – VİDEO

Read more
Multimedia 23/01/2023 17:47

Vardanyan BBC-də çətin vəziyyətə düşdü – Video

Read more
Multimedia 23/01/2023 16:13

“3 milyona yaxın müraciətə çevik reaksiya verilib” – Nazir – VİDEO

Read more
Hadisə 23/01/2023 12:45

Bakıda qadını küçədə soyan Gəncə sakini saxlanıldı – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla