Bakıda bir sıra abidələrin fasadlarında qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb.

Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. 

Qeyd olunub ki, ADRA Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə paytaxt ərazisində apardığı yoxlamalar zamanı Bakı şəhərində bir sıra abidələrin fasadlarında 156 obyekt üzrə qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb.

Məlum olub ki, sözügedən reklam qurğuları “Reklam haqqında” qanunun və bu sahədə digər qanunvercilik aktlarının tələbləri pozulmaqla quraşdırılıb. İlkin mərhələdə qanunsuz quraşdırılan reklam qurğularının bir hissəsinin demontajı təmin edilib.

İstinadlar Report