AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video
  • XİN: “Qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir”
  • ABŞ İsraildən “MIM-23 Hawk” HHM sistemlərini Ukraynaya verməsini istəyib
  • Rusiyada mikroavtobusla yük avtomobili toqquşub, 9 nəfər ölüb
  • Azərbaycan XİN Ermənistanın xarici işlər nazirinə cavab verib
  • Rəsmi Bakı növbəti dəfə Ermənistana xəbərdarlıq edib
  • Türkiyə Milli Təhlükəsizlik Şurası İsveç və Finlandiya çağırış edib
  • Fransa bir ay ərzində Burkina-Fasodan qoşunlarını çıxaracaq
  • Beş ölkənin lideri Kiyevə hərbi dəstəyi davam etdirəcəklərini açıqlayıblar
  • Özünü güllələyən əsgərin – Fotosu
  • XİN: “Qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir”
  • ABŞ İsraildən “MIM-23 Hawk” HHM sistemlərini Ukraynaya verməsini istəyib
  • Azərbaycan XİN Ermənistanın xarici işlər nazirinə cavab verib
  • Rəsmi Bakı növbəti dəfə Ermənistana xəbərdarlıq edib
  • Özünü güllələyən əsgərin – Fotosu
  • Bayden: “Ukrayna ordusu əks-hücum əməliyyatları keçirməyə hazırlaşır”
  • Naxçıvanda daha bir təyinat
  • Erkin Qədirlinin qalmaqallı açıqlamasına – Adil Əliyevdən cavab
  • Viza almaq üçün ərizə-anket portalı istifadəyə verildi
  • AQTA-nın tətbiq etdiyi cərimələr belə istifadə ediləcək
  • Ukrayna hakimiyyətində istefaların səbəbi açıqlanıb
  • Toivo Klaar Ermənistan XİN başçısı ilə Aİ-nin mülki missiyasının fəaliyyətini müzakirə edib
  • Bu gün Ukrayna ordusu Rusiyanın “Su-25” qırıcısını və “Orlan-10” PUA-sını vurub
  • Britaniya mütəxəssisləri azərbaycanlı hərbçilərə təlim keçirlər
  • Ukrayna Silahlı Qüvvələri Soledardan çıxdıqlarını təsdiq edib
  • Dövlət Komissiyası: “Daşaltıda kütləvi məzarlıqda aşkarlanan meyit qalıqlarının eyniləşdirilməsi aparılır”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video
25/01/2023 22:52
Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video
25/01/2023 18:04
“Azərsu” xəbərdarlıq etdi – Video
25/01/2023 16:44
Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO
25/01/2023 15:20
“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video
25/01/2023 11:14
MN: “Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir” – VİDEO
24/01/2023 14:28
ƏƏSMN-in bu gün onlayn satışa çıxardığı mənzillərdən 1106-sı bron edildi – VİDEO
23/01/2023 18:35
Vardanyan BBC-də çətin vəziyyətə düşdü – Video
23/01/2023 17:47
“3 milyona yaxın müraciətə çevik reaksiya verilib” – Nazir – VİDEO
23/01/2023 16:13
Bakıda qadını küçədə soyan Gəncə sakini saxlanıldı – VİDEO
23/01/2023 12:45
“Qızı Tünzalənin öldüyünü bilmir” – Video
23/01/2023 10:59
Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər – Video
23/01/2023 09:29
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
22/01/2023 12:44
Son bir ayda Azərbaycanda 65 narkobaron tutulub – Video
21/01/2023 18:14
Qanunsuz silah gəzdirən 8 nəfəri saxlanılıb – VİDEO
21/01/2023 13:53
Polis Akademiyası kursant qəbulu elan etdi
21/01/2023 12:26
Moskva prospektinin adı dəyişdiriləcək? – Video
20/01/2023 22:14

Video xəbərlər

  • Yaralılar Bakıya belə gətirildi – Video
  • Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video
  • Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
  • “Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

30/01/2023
05:14 Aİ-nin ali nümayəndəsi: “Nüvə bombasının İranın əlinə keçməsindən yayınmalıyıq”
04:41 Ermənilərin İsraillə bağlı iddiası yəhudilərlə kütləvi toqquşmalara səbəb olub
04:14 Şentop: “Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk”
03:56 ABŞ dövlət katibi: “İrana qarşı hərbi əməliyyatlar istisna deyil”
03:23 Ərdoğan: “Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik”
02:08 Ərdoğan: “Xalq həm namizədliyimi irəli sürəcək, həm də məni seçəcək”
01:56 Ukraynanın Xerson vilayəti atəşə tutulub, 3 nəfər ölüb, 6 nəfər yaralanıb
01:29 Hindistanda nazir polis tərəfindən güllələnib
00:56 Ermənistan ordusunun əsgəri ağır güllə yarası alıb
00:28 XİN: “Səfirliyimizə qarşı terror aktında yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb”
00:26 Cəlilabadda yol qəzasında iki qadın xəsarət alıb
00:20 Ukrayna tankerləri Rusiyaya qarşı döyüşə hazırlıq üçün Britaniyaya gedib
00:05 Beyləqanda minik avtomobili Yuxarı Qarabağ kanalına aşıb, ölənlər var
00:02 “Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətinə ayrı-ayrılıqda baxa bilər”
29/01/2023
23:56 Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilib 
23:26 Xələf Xələfov: “İrandan tələb edilib ki, cinayət şəffaf araşdırılsın”
23:11 Xələf Xələfov: “Müvafiq orqanlarımızda səfirlikdəki cinayətlə bağlı lazımi qədər tutarlı sübutlar var”
23:02 XİN: “İrandakı vətəndaşlarımızın yardıma ehtiyacı olsa, Təbrizdəki konsulluğumuza müraciət edə bilərlər”
22:59 Xələf Xələfov: “Təəssüf ki, qonşu dövlətdən şəhid aldıq”
22:53 Yaralılar Bakıya belə gətirildi – Video
22:47 Azərbaycanın XİN başçısının müavini: “Səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İrana etibarımız yoxdur”
22:41 Xələf Xələfov: “Təbrizdəki Baş konsulluğumuzun mühafizəsi, insanların təhlükəsizliyinin təminatı İranın üzərinə düşür”
22:32 Nazir müavini: Azərbaycan dövlətinin mövqeyi və tələbləri İran səfirliyinin nəzərinə çatdırılıb”
22:29 Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti tam dayandırılıb
22:23 Su kanalına aşan maşında ölənlərin kimliyi məlum oldu – Fotolar +
22:13 Xələf Xələfov: “İran terror aktı və ağır nəticələri ilə  bağlı məsuliyyət daşıyır”
22:11 Təxliyə təyyarəsi Bakıya çatdı
22:05 “İrana daha öncə də demişdik ki, təhdidlər var, təhlükəsizliyi artırın”
21:56 “Bu hadisənin baş verməsi bizim üçün gözlənilməz idi” – Xələf Xələfov
21:08 Moskvada ermənilərin konserti zamanı partlayış həyəcanı yaşanıb, izləyicilər təxliyə edilib
20:59 Orxan Əsgərovun dəfn tarixi müəyyənləşdi
20:43 Xankəndi-Laçın yolu: etirazçılar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar
20:41 Qəbələdə kişi skeleti aşkarlanıb
20:29 İrəvanın “arzuolunmaz şəxs” elan etdiyi Fransa ermənilərinin sayı artır
20:11 “Azərbaycan başda olmaqla, dünyada sülhə töhfə verməyə davam edirik”
20:02 Bayraktar: “ABŞ-ın icazəsi olmadan F-35-lərin alıcıları onlardan istifadə edə bilməzlər”
19:28 İranda növbəti zəlzələ olub, Naxçıvanda hiss edilib  
19:26 Bu tarixdən smartfonları xaricdən belə gətirəcəksiniz
19:08 İran zəlzələdən zərər çəkən azərbaycanlılara sahib çıxmır – Fotolar
19:05 Türkiyəli nazir: “Ankara İsveç və Finlandiyanın öhdəlikləri yerinə yetirməsini gözləyir”
18:56 Akar: “Azərbaycanlı qardaşlarımızla regional və qlobal sülhə töhfə vermək üçün gecə-gündüz çalışırıq”
18:44 TÜRKSOY-un baş katibi: “Azərbaycanın İrandakı səfirliyinə hücumu şiddətlə qınayıram”
18:29 Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıqdır
18:20 Goranboyda küçədən körpə meyiti tapıldı
18:05 Beyləqanda maşın su kanalına aşdı, ölənlər və yaralı var – Fotolar
17:58 Şaxtalı hava Əfqanıstanda 170 nəfərin həyatına son qoyub
17:56 Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video
17:50 Türkiyə XİN Avropa ölkələrinə səfər edən vətəndaşlara xəbərdarlıq edib
17:47 Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO
17:38 Sabah yollar buz bağlayacaq
17:29 “Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırıq”
17:20 Qərb kəşfiyyatı: “İsfahan şəhərinə dron hücumu uğurlu olub”
16:56 Ermənistanda Rusiya hərbi bazasının qarşısında yenidən aksiya keçirilib
16:50 Orxan Əsgərovun nəşi Bakıya gətirilir
16:41 Vaksinasiya ilə bağlı son vəziyyət
16:35 Bu gün neçə nəfər yoluxub?
16:26 Əbdülfəttah Əs-Sisi: “Misir Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır”
16:20 Prezident İlham Əliyev Macarıstana rəsmi səfərə gedib
16:17 Fransada bir gündə 200-dən çox nümayişin keçirilməsi planlaşdırılır
15:38 Pakistanda mədrəsə şagirdlərinin olduğu qayıq çevrilib, 11 uşaq ölüb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video

Multimedia 25/01/2023 22:52
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda bir neçə aydır tamamilə bağlanmış yol açılıb.

Söhbət Badamdar-20-ci sahə yolundan gedir.

Ərazidə avtomobillərin hərəkəti bərpa olunub. Sürüşmə zonasında tamamilə bağlanmış yolda əsaslı təmir işləri aparılıb, asfalt çəkilib.

Yamac ətrafında beton sədlər çəkilib. Hazırda bəndin üst hissəsində istinad divarlarının bərkitmə işiləri aparıldığından yolda hərəkət qismən məhdudlaşdırılıb. Buna görə də həmin yoldan marşrut avtobuslarının hərəkətinə hələlik icazə verilmir. İcazə yalnız minik avtomobilləri üçündür.

Qeyd edək ki, 2018-ci ildə Badamdar yamacında baş vermiş sürüşmədən sonra həmin ərazidən keçən yolda nəqliyyatın hərəkəti tamamilə dayandırılmışdı. 2021-ci ildə ərazidə yaşayan vətəndaşlarının rahatlığını təmin etmək məqsədilə yoldan yalnız minik avtomobillərinin hərəkətinə icazə verilib. İki ay əvvəl isə yamacda görülən təmir işlərinə görə yol yenidən tamamilə bağlanmışdı.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video

Multimedia 25/01/2023 18:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qızdırıcı cihazlar standartlara və evin həcminə uyğun gəlməyəndə abonentlər istiliklə bağlı müəyyən problemlər yaşayır.

Bu baxımdan fərdi yaşayış evləri tikilərkən və ya qızdırıcı cihazlar alınarkən diqqət olunası vacib məqamlar mütləq nəzərə alınmalıdır. Tövsiyə olunur ki, qızdırıcılar alınarkən və quraşdırılarkən mütləq mütəxxəsislərə müraciət etmək lazımdır.

Eyni zamanda qaydalar sübut edir ki, fərdi yaşayış evlərində qızdırıcı cihazların yeri düzgün seçilməyəndə otaqların eyni səviyyədə isidilməsinə nail olmaq çətin olur. Bu və digər maraqlı məqamları bilmək və nəticə çıxarmaq istəyiriksə, videoçarxa diqqət edək:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərsu” xəbərdarlıq etdi – Video

Multimedia 25/01/2023 16:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Hidrometeroloji proqnozlara əsasən, yanvarın 26-da gecə saatlarında havanın temperaturunun -3 dərəcəyə enəcəyi gözlənilir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır ki, şaxtalı hava şəraitində içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılımış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəsaliyyət göstərən 955 Zəng Mərkəzinə müraciət edə bilərlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO

Multimedia 25/01/2023 15:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ukraynanın “Ukraina seyças” televiziya kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesi ilə bağlı material hazırlayıb.

Ukraynalı jurnalistin reportajında bildirilib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) gördüyü işlərə baxmayaraq, mülki insanlar vaxtaşırı Ermənistanın bu əraziləri bir zamanlar işğal altında saxladığı dövrdə qoyduğu minalara düşür.

“Belə ki, 2020-ci ilin noyabrından bəri mina partlayışları nəticəsində 300-ə yaxın azərbaycanlı həlak olub və ya ağır yaralanıb”, – ukraynalı jurnalist vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda mina ilə çirklənmiş ərazinin ölçüsü Qətər kimi ölkənin ərazisi ilə müqayisə edilə bilər: “Bu ərazilərin təmizlənməsi bir neçə onilliklər çəkə bilər”.

Ukraynalı jurnalist Ermənistanın azərbaycanlılara cəmi 25%-i dəqiq olan mina xəritələrini verdiyini də xatırladıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video

Maqazin 25/01/2023 11:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yanvarın 15-də 84 yaşında dünyasını dəyişən Gürcüstanın Xalq artisti, müğənni və aktyor Vaxtanq Kikabidzenin illər öncə aparıcı Emin Musaviyə verdiyi müsahibə yenidən gündəmə gəlib.

Kikabidze 75 illik münasibətilə verdiyi müsahibəsində keçdiyi ömür yolu, sənəti haqda danışıb.

Azərbaycanın dostu olan görkəmli sənətkar azərbaycanlılar və Bakı haqda təqdirəlayiq fikirlər səsləndirib: “Biz bir-birimizə çox bənzəyirik. Bilirsiniz, məsələ zahiri oxşarlıqda deyil… Qonaqpərvərlik. Bu, nadir xüsusiyyətdir. Elə xalqlar var ki, onlarda ümumiyyətlə bu cəhət yoxdur. Ona görə yox ki, onlar xəsisdirlər, sadəcə yoxdur. Tanrıdan verilməyib. Mən həmişə deyirəm ki, əgər Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım. Bunu çəkiliş xatirinə demirəm. Bakıda özümü evimdəki kimi hiss edirəm”.

Daha ətraflı aşağıdakı videoda:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

MN: “Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir” – VİDEO

Multimedia 24/01/2023 14:28
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərbaycan Respublikası vətəndaşlarının 2023-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir.

Bu barədə “Report” Müdafiə Nazirliyindən məlumat verilib.

Xidmətə yeni gələn bütün çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, mövsümə uyğun hərbi geyimlə və digər təminat növləri ilə tam təmin olunurlar.
Şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara riayət olunmaqla dadlı və keyfiyyətli yeməklər hazırlanır.

Hərbi xidmətin xüsusiyyətləri, xidmət edəcəkləri hərbi hissə, günün nizam və təhlükəsizlik qaydaları barədə çağırışçılara ətraflı məlumat verilir, maarifləndirici və fərdi söhbətlər aparılaraq onların psixoloji xüsusiyyətləri öyrənilir.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq onlarla fərdi hazırlıq məşğələləri keçirilir. Məşğələlərdə gənc əsgərlərə nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri aşılanılır.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

ƏƏSMN-in bu gün onlayn satışa çıxardığı mənzillərdən 1106-sı bron edildi – VİDEO

Multimedia 23/01/2023 18:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün saat 10:00-dan ms.sosial.gov-az portalı üzərindən onlayn satışına başlanan 1662 mənzildən artıq 1106-sı bron edilib. Onlayn satışa başlandıqdan 24 saniyə sonra ilk mənzil bron edilib.

Bu barədə “Qafqazinfo”ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarındadır. Qeyd edək ki, şəxs mənzili bron etdikdən sonra Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən onunla aidiyyəti üzrə ətraflı məlumat verilməsi üçün əlaqə saxlanılacaq; Vətəndaş tərəfindən mənzilin dəyəri tam ödənilərək notarial alqı-satqı müqaviləsi imzalanacaq; Alqı-satqı prosesi bitdikdən sonra mənzil həmin vətəndaşın mülkiyyətinə veriləcək. Satışa çıxarılan bütün mənzillər çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Mənzillərin qiyməti də müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Hər kəs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər. Qeyd edək ki, mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək. Yayımlanmış videotəlimatda (https://www.youtube.com/watch?v=FdY-CV9RwIw ) portaldan istifadə etməklə mənzilin onlayn qaydada alınması və satışı qaydası barədə ətraflı məlumat əldə etmək olar.

Oxumağa dəyər:   Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? - Video

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vardanyan BBC-də çətin vəziyyətə düşdü – Video

Multimedia 23/01/2023 17:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Separatçı “Dağlıq Qarabağ respublikası”nın “dövlət naziri” erməniəsilli rusiyalı biznesmen Ruben Vardanyan “BBC”nin “Hard Talk” proqramında Stiven Sakurun suallarını cavablandırıb.

Vardanyan proqramboyu aparıcının suallarını cavablandırmaqda çətinlik çəkib. Vardanyan, hətta ona ünvanlanan suala başqa cavablar verməklə diqqət çəkib.

Belə ki, aparıcı ona Ermənistanın uzun illər boyunca hərbi dəstək üçün Rusiyaya müraciət etdiyini xatırladaraq, Rusiyanın hazırda Ukraynada həyata keçirdiyi hərbi əməliyyatdan Ermənistanın hansı dərs çıxarmasını soruşub. Vardanyan isə, öz növbəsində sözügedən suala əlaqəsiz cavablar verərək vəziyyətdən çıxmaq istəyib.

Bundan əlavə, aparıcı Azərbaycanın əzəli torpağını “Artsax” adlandıran Rubenyana əslində bölgənin Dağlıq Qarabağ adlandığını və beynəlxalq ictimaiyyət tərəfindən də məhz belə tanındığını xatırladıb.

R. Vardanyan daha sonra “Sizcə, Ermənistanın taleyi və gələcəyi Rusiyanın əlindədirmi?” sualına cavab vermək və Ermənistan barədə danışmaq istəmədiyini bildirib. Bu hal proqramboyu bir neçə dəfə təkrarlanıb.

Daha ətraflı videomaterialda:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“3 milyona yaxın müraciətə çevik reaksiya verilib” – Nazir – VİDEO

Multimedia 23/01/2023 16:13
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yanvarın 23-də Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, 2022-ci ildə törədilən cinayətlərin 89.7 faizinin  açılması təmin edilib.

Ötən illə müqayisədə 2022-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 2.4, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13, qəsdən sağlamlığa ağır zərər vurmalar 5, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17.6, ailə münaqişəsi zəminində törədilənlər 2.4, mal-qara oğurluğu 21.3 faiz azalıb.

Ötən il 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub, axtarışda olan 557 təqsirləndirilən şəxsin tutulması təmin edilib. Qeyri-leqal dövriyyədən 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan artıq narkotik xassəli bitkilərin məhv edilib.

Nazir cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini vurğulayaraq fəal mövqe sərgiləyən bütün şəxslərə təşəkkür ifadə edib. Bu vacib sahədə işin vətəndaş cəmiyyəti və media nümayəndələri, sosial şəbəkə istifadəçiləri ilə əlaqəli aparılmasına göstəriş verib.

Oxumağa dəyər:   Ukraynada hərbi nizam-intizamın pozulmasına görə cinayət məsuliyyəti sərtləşdirilib

Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını, həmin pozuntuları törədən nəqliyyat vasitələrinin yol hərəkətindən kənarlaşdırılmasını tələb edib.

Vətəndaş məmnunluğunun təmin olunması, ərizə və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin icrasına da toxunan general-polkovnik Vilayət Eyvazov bu istiqamətlərdə böyük bir fəaliyyət ortaya qoyulduğunu, nəticələrin müsbət olduğunu, o cümlədən vətəndaşların qəbulu və minlərlə müraciətinin araşdırılması zamanı qaldırılan məsələlərin əksəriyyətinin qanunauyğun həllini tapdığını bildirib. O, “102” Xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış 3 milyona yaxın müraciətə çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 88.3 faizinin ödənildiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini nəzərə çatdırıb.

Oxumağa dəyər:   Milli Məclisdə tibbi tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək

İclasda Nazirliyin struktur qurumlarının və ərazi polis orqanlarının rəisləri hesabat məruzəsi ilə çıxış ediblər. Daxili işlər naziri qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıqlar verib. Azərbaycan Respublikasına xidmətə görə şəxsi heyətə təşəkkür edib.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda qadını küçədə soyan Gəncə sakini saxlanıldı – VİDEO

Hadisə 23/01/2023 12:45
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Paytaxtın Nizami rayonunda qadına qarşı soyğunçuluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Zərərçəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 160 manat, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Həmin şəxsin zərərçəkəni izləməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanana materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

“Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Qızı Tünzalənin öldüyünü bilmir” – Video

Multimedia 23/01/2023 10:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Tünzalə yaşamaq istəyirdi. Amma son dəqiqələrində nəfəs ala bilmirdi. Həkimlərə yalvardı ki, məni aparata qoşun, nəfəs alım. Reanimasiyaya yola salanda da axırıncı sözü bu oldu ki, “gedirəm, amma qayıdacam, yaşayacam”.

“Qafqazinfo”nun məlumatna görə, bunu jurnalistlərə açıqlamasında Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva bildirib.

Bacısının sözlərinə görə, qızı Tünzalənin öldüyünü bilmir: “Yayılan video köhnədir, çünki uşağın xəbəri yoxdur. Həmişə deyirdi ki, “Tünüş ölsə, mən də ölərəm. Ona görə qorxudan nəsə deyə bilmirik”.

O qeyd edib ki, aktrisanın atasının səhhəti yaxşı olmadığı üçün yas mərasimində iştirak edə bilmir: “Atamın təzyiqi düşdü, yaxşı deyil. Bircə onunla təskinlik tapıram ki, Tünzalənin üzünü açanda gülürdü”.

Qeyd edək ki, T. Əliyeva ötən gün uzun sürən xəstəlikdən sonra 49 yaşında vəfat edib.

***

Uzun illər aktrisa ilə birgə çalışan aparıcı Dilarə Əliyeva jurnalistlərə açıqlama verərkən göz yaşlarına hakim ola bilməyib.

Oxumağa dəyər:   Azərbaycan hərbçiləri Türkiyənin Sarıqamış bölgəsində keçirilən təlimlərdə iştirak edirlər

D.Əliyeva Tünzalədən doymadıqlarını dilə gətirib: “Vaxt var idi, onun kadrlarına baxanda gülməkdən gözümdən yaş gəlirdi, amma indi ürəyim ağrıyır”.

***

Rejissor, “SOY” Prodakşnın rəhbəri Oktay Əliyev aktrisa ilə bağlı xatirələrini bölüşüb:

“Tünzalə Əliyeva təxminən 15 ildən artıq “SOY” Prodakşnın aparıcı siması olub. Bizim hazırladığımız bütün verilişlərdə özünü aparıcı kimi, seriallarda aktrisa kimi sınamış, böyük uğurlar əldə etmiş və tamaşaçı alqışlarını qazanmış bir insan idi. Sonuncu günə qədər – keçən həftə bizimlə çəkilişində idi. Dayanmadan “mən işləməliyəm, mənə heç nə olan deyil” deyirdi. Həqiqətən biz də inanırdıq ki, bu keçib gedəcək. Çox heyif ki, bu yaşda, belə parlayan, öz sözünü deyən dövrdə bizimlə vidalaşdı. Həmişə bu insanların üzləri gülürdü. İndi “Toppuş bacı” deyəndə hamısının gözləri ağlayır. Bunu heç kim qəbul edə bilmir. Allah rəhmət eləsin. İnanmazdım ki, mən “Toppuş bacı” üçün bu sözləri deyəcəyəm…”

Oxumağa dəyər:   Osman Xaliyev: "Sahibkarlara 150 mln manat güzəştli kreditlərin verilməsi proqnozlaşdırılır"

Hüseyn Məmmədsalahov

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər – Video

Multimedia 23/01/2023 09:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sinifdə dərs zamanı nadinc şagirdlərə əl qaldıran müəllimin görüntüləri 2 gündür sosial şəbəkələrdə gündəm olub. Videonu izləyənlərin yarısı müəllimi, yarısı isə şagirdləri günahlandırır. Bəs əslində məsələ necədir?

“Xəzər Xəbər”in əməkdaşları videonun çəkildiyi 59 saylı tam orta məktəbdə olublar.
Məlumata görə, görüntülər paytaxtdakı 59 saylı tam orta məktəbin 6C sinfində qeydə alınıb.
Müəllim dərs zamanı nizam-intizama tabe olmayan uşaqlara əl qaldırıb, şagirdlərdən biri isə bu anı telefonla qeydə alıb.

38 ildir dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən 62 yaşlı müəllimə bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını və bu səbəbdən məlum vəziyyətin yarandığını bildirib.

Videonu çəkən şagird müəlliməni çox istədiyini və dərsdə nadinclik etdikləri üçün peşman olduğunu dilə gətirib. 6C sinif şagirdlərinin valideynləri də baş verənlərlə bağlı təəssüf hissi keçirdiklərini vurğulayıblar.

Oxumağa dəyər:   Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Multimedia 22/01/2023 12:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.

“Report” nazirliyə isitnadən icmalı təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Son bir ayda Azərbaycanda 65 narkobaron tutulub – Video

Multimedia 21/01/2023 18:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının son bir ayda narkobaronlara qarşı keçirdikləri əməliyyatlar zamanı 65 nəfər saxlanılıb, 170 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 5122 ədəd ekstazi və metadon həbi aşkar edilib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, saxlanılan şəxslərdən bir neçəsi narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisindəki əsas tədarükçülərindən biri olublar. İlkin sorğu zamanı bu şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini bildiriblər. Onların əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışı təşkil etməklə bərabər şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməkliyi ilə xarici ölkələrinə göndərmək olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa dəyər:   Ermənistanda nazir müavininin qanunsuz əməli aşkarlanıb

Qeyd edək ki, qanunsuz dövriyyədən çıxarılan 170 kiloqram narkotik vasitənin qara bazarda qiyməti milyonlarla manata bərabərdir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qanunsuz silah gəzdirən 8 nəfəri saxlanılıb – VİDEO

Hadisə 21/01/2023 13:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Polis “Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı ilə məşğul olan və üzərində qanunsuz silah gəzdirən 8 nəfəri saxlanılıb/

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində – Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib.

Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 7 nəfər – Rəşad Ağayev, Kamal Saməddinzadə, Elxan Qasımov, Elçin Əsədullayev, Ramil Əlibəyov, Eldəniz Şərifov və Anar Bəxtiyarzadə saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, psixotrop maddə olan metamfetamin və satışı qadağan edilən 100 ədəd preqabalin həbi aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən əvvəllər məhkum olunmuş paytaxt sakini İlqar Əliyev də tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

Oxumağa dəyər:   AQTA-nın tətbiq etdiyi cərimələr belə istifadə ediləcək

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Polis Akademiyası kursant qəbulu elan etdi

Multimedia 21/01/2023 12:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üçün 300 kursantın qəbulu üçün müsabiqə elan edilib.

Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, həqiqi hərbi xidmətə yararlı olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək vətəndaşlar iştirak edə bilər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, cari ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, fəaliyyət qabiliyyəti olmayan, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, yaxın qohumları ağır cinayətlərə görə məhkum edilmiş vətəndaşlar müsabiqəyə buraxılmır.

Sənədlərin qəbulu yanvarın 23-dən martın 4-dək bazar günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək namizədin oxuduğu təhsil müəssisəsinin yerləşdiyi ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Moskva prospektinin adı dəyişdiriləcək? – Video

Multimedia 20/01/2023 22:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

20 Yanvar faciəsinin şahidləri Moskva prospektinin adının yaşanan faciə ilə əlaqədar dəyişilməsini təklif ediblər.

Sakinlər prospektin adının 20 Yanvar adlandırılmasını istəyirlər.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 25/01/2023 22:52

Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video

Read more
Multimedia 25/01/2023 18:04

Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video

Read more
Multimedia 25/01/2023 16:44

“Azərsu” xəbərdarlıq etdi – Video

Read more
Multimedia 25/01/2023 15:20

Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO

Read more
Maqazin 25/01/2023 11:14

“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video

Read more
Multimedia 24/01/2023 14:28

MN: “Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir” – VİDEO

Read more
Multimedia 23/01/2023 18:35

ƏƏSMN-in bu gün onlayn satışa çıxardığı mənzillərdən 1106-sı bron edildi – VİDEO

Read more
Multimedia 23/01/2023 17:47

Vardanyan BBC-də çətin vəziyyətə düşdü – Video

Read more
Multimedia 23/01/2023 16:13

“3 milyona yaxın müraciətə çevik reaksiya verilib” – Nazir – VİDEO

Read more
Hadisə 23/01/2023 12:45

Bakıda qadını küçədə soyan Gəncə sakini saxlanıldı – VİDEO

Read more
Multimedia 23/01/2023 10:59

“Qızı Tünzalənin öldüyünü bilmir” – Video

Read more
Multimedia 23/01/2023 09:29

Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər – Video

Read more
Multimedia 22/01/2023 12:44

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 21/01/2023 18:14

Son bir ayda Azərbaycanda 65 narkobaron tutulub – Video

Read more
Hadisə 21/01/2023 13:53

Qanunsuz silah gəzdirən 8 nəfəri saxlanılıb – VİDEO

Read more
Multimedia 21/01/2023 12:26

Polis Akademiyası kursant qəbulu elan etdi

Read more
Multimedia 20/01/2023 22:14

Moskva prospektinin adı dəyişdiriləcək? – Video

Read more
Multimedia 20/01/2023 02:59

Prezident Davosda panel iclasında iştirak etdi – Video +

Read more
Multimedia 20/01/2023 02:50

İlhamın qardaşı: “Qəbir də qazılmırdı, sanki torpaq da onların ölümünə heyifsilənirdi” – Video

Read more
Multimedia 19/01/2023 19:05

Prezidentin iştirakı ilə Davosda səmimi anlar – Video

Read more
Multimedia 19/01/2023 19:00

Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanıldı – Video

Read more
Multimedia 19/01/2023 18:38

Prezident Davosda panel iclasında iştirak edir – Canlı – VİDEO

Read more
Multimedia 19/01/2023 11:03

Bu MTK-ya məxsus binanın liftinin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 19/01/2023 09:43

Bu uşaq bələdiyyə sədrinə sualı ilə Türkiyədə gündəm oldu – Video

Read more
Multimedia 19/01/2023 00:26

Prezidentin müsahibəsinin – Videosu

Read more
Multimedia 17/01/2023 20:26

Selçuk Bayraktar Ərdoğanın qızı ilə necə tanış olub? – Video

Read more
Hadisə 17/01/2023 14:17

Bakıda daha bir qanunsuz tikili sökülüb – VİDEO

Read more
Multimedia 17/01/2023 11:28

Hündürmərtəbəli binadan təxliyə necə həyata keçirilir? – Video

Read more
Multimedia 16/01/2023 18:35

Sənədsiz evlərə çıxarışların verilməsi niyə gecikir? – Video

Read more
Hadisə 16/01/2023 17:05

Yasamalda narkotik satan 14 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 16/01/2023 15:23

Şəhid məzarlarına qoyulan güllər oğurlanıb? – Video

Read more
Multimedia 16/01/2023 13:13

70 nəfərin öldüyü təyyarə qəzası belə baş verib – Video

Read more
Hadisə 16/01/2023 12:41

Maştağa sakinindən 3 kq heroin, Bilgəh sakinindən “Kalaşnikov” götürülüb – VİDEO

Read more
Multimedia 16/01/2023 11:55

“Qanlı göl” yaxınlığında tikilən obyekt söküldü – Video

Read more
Hadisə 16/01/2023 10:26

Gədəbəydə yanacaqdaşıyan avtomobil yanıb – VİDEO

Read more
Multimedia 14/01/2023 19:29

Qaz təchizatına qanunsuz müdaxilə aşkar edilib – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla