Əgər bacarıqlı olsam, şou gözəl keçsə, dostlarımı da Bakıya gətirəcəm. Bakını az gəzdim, sabah vaxtım var. Yaxşı gəzə bilərəm. Gözəl bir yerdir. İki gün sonra geri qayıdacam, amma fikrimdə qalacaq. Buradan tar alacam, dostuma aparacam”.

Bu sözləri türkiyəli şoumen Cem Yılmaz Bakıda keçiriləcək konsertindən əvvəl təşkil olunmuş mətbuat konfransında deyib. Jurnalistlərin suallarını cavablandıran sənətçi daha sonra “Tarkanla orqanik bir bağımız var. Bilet qiymətiləri açıqlayanda ağıla ilk Tarkan gəlir. Sənət adamlarının işi çətindir. Ona görə də sənət dostlarımdan nələrsə danışacam gecədə” sözlərini əlavə edib.

Cem Azərbaycan sənətçilərindən tanıdıqlarının adını açıqlayıb:

“Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram. Aygün Kazımovanı, İradə İbrahimovanı, Raufu tanıyıram”.

İstinadlar Qafqazinfo