Bakıda beynəlxalq konfrans keçirildi

Bu gün Bakıda “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Əvvəlcə yubiley konfransının iştirakçıları Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.

TRASEKA-ya 13 üzv və 2 müşahidəçi ölkənin, beynəlxalq təşkilatların 70-dək nümayəndəsinin iştirak etdiyi konfrans Prezident İlham Əliyevin Konfrans iştirakçılarına təbrik məktubunun oxunması ilə işə başlayıb. Məktubu Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub.

Sonra TRASEKA layihəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Konfransda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, Avropa İttifaqının Qərb ilə Qafqaz və Mərkəzi Asiya ölkələrini yeni nəqliyyat dəhlizində birləşdirmək ideyası 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən konfransda konkret hədəfləri, iştirakçıları və fəaliyyət prinsipləri olan Təşkilata çevrilməsi ilə nəticələnib.

Oxumağa dəyər:   Ankarada 1 saatda 3 dəfə zəlzələ olub

“Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransın sonunda Bakı Bəyannaməsi qəbul edilib.



İstinadlar Qafqazinfo

Bakıda beynəlxalq konfrans keçirildi

Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu tapşırığa uyğun olaraq “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda Bakıda beynəlxalq konfrans keçirilib.

XİN-dən verilən məlumata görə, tədbirin əsas məqsədi Ermənistanın hərbi işğalı nəticəsində nəzarət olunmayan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərində təcavüzkar dövlətin və digər ölkələrin hüquqi və fiziki şəxslərinin qanunsuz hərəkətlərini dünyanın nüfuzlu beynəlxalq hüquqşünasları və ekspertlərinin, o cümlədən ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin də iştirakı ilə müzakirə etmək, bu fəaliyyətin hüquqi aspektləri və nəticələrini müəyyən etmək olub.

Konfrans xarici işlər naziri Elmar Məmmədyarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və UNESCO nümayəndəsinin çıxışları ilə başlayıb. Sonra isə konfrans “Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlə bağlı beynəlxalq hüquqi çərçivə”, “Beynəlxalq hüquqda üçüncü tərəflərin öhdəlikləri və məsuliyyəti”, İşğal olunmuş ərazilərdə aparılan qanunsuz iqtisadi fəaliyyətə beynəlxalq cavab” adlı panellər üzrə davam edib.

Oxumağa dəyər:   Hindistan kosmosa insanabənzər robot göndərəcək

Tədbirdə Azərbaycanda və dünyanın digər münaqişəli bölgələrində qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olan dövlətlərin, hüquqi və fiziki şəxslərin öhdəlikləri və məsuliyyəti, beynəlxalq ictimaiyyətin cavabdehliyi və bu cür qanunsuz hərəkətlərə reaksiyası, beynəlxalq hüququn tətbiqi kimi məsələlərin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb və bu istiqamətində fəaliyyətin gücləndirilməsi üçün tövsiyələr təqdim edilib.

Tədbirdə bir sıra dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların ölkəmizdəki diplomatik missiyaları, xarici və yerli elmi-akademik dairələrinin nümayəndələri də iştirak ediblər.