Bakının Nizami rayonu ərazisində yeni tikilən obyekt yanır.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

***

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib.

İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri



İstinadlar Qafqazinfo