Bu gündən Bakıda Kənd Təsərrüfatı Nazirliyi və “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasına start verilib.
Sentyabrın 29-na qədər davam edəcək yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürərək laboratoriya şəraitində yoxlayıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.
Yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden-az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb.