Bakıda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası işə başlayıb.
Iclası energetika naziri Pərviz Şahbazov açıq elan edib.
Onun sözlərinə görə, bugünki müzakirələr iki ölkənin maraqları baxımından yeni imkanlar açacaq.
Nazir qeyd edib ki, 2022-ci ildə Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 2021-ci ilə nisbətən xeyli ataraq 1 milyard ABŞ dollarını keçib.
“Bu ilin 11 ayında isə iki ölkə 734 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Azərbaycan Böyük Britaniyaya əsasən xam neft və avadanlıq ixrac edir”, – deyə o vurğulayıb.