Bakının Xəzər rayonunda “Mercedes” və “Hyundai” markalı iki minik avtomobili toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə sürücünü deformasiyaya uğrayan “Mercedes” markalı minik avtomobilindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

İstinadlar Qafqazinfo