
Bakının Nizami rayonunda 67 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
1956-cı il təvəllüdlü Mövsümova Sevda Ağabala qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.