
Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metronun “İnşaatçılar” stansiyasının yanında avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Məmmədov Ramin Məzahir oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.