Dekabrın 1-də Hövsan qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən 16000 manat və 2000 ABŞ dollar oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə ilə bağlı polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif üsul və vasitələrlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 1994-cü il təvəllüdlü E.Miriyev müəyyən olunaraq saxlanılıb.

İstinadlar Report