Bu gün saat 1 radələrində Xətai rayonu ərazisində paytaxt sakini F.Hacıyev idarə etdiyi “KİA” markalı avtomobili divara vurub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə, avtomobildəki sərnişin – Zəngilan rayon sakini Zeynalabdin Hüseynov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.