
Bakıda avtomobil 39 yaşlı qadını vurub.
Hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Əkbərova Pərvanə Yəhya qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol alt çənə sümüyünün sınığı diaqnozu qoyulub.